Artıq Azərbaycanın bütün məscidlərində cümə namazı qılınacaq. "Ölkədə bütün məscidlərdə cümə namazlarının qılınması bərpa ediləcək, şiələr və sünnilər arasında ayrı-seçkilik salmaq yolverilməzdir", - deyə QMİ sədri Allahşükür Paşazadə bildirib.
QMİ-nin sədri bütün ölkədə fəaliyyət göstərən məscid rəhbərlərinə cümə namazları üçün lazımi şərait yaratmağı tapşırıb.