"Azərbaycanda bir sıra məhsullar Qafqaz Müsəlmanları İdarəsinin icazəsi olmadan "Halal" nişanı altında satılır", - deyə İdarədən bildirilib.
"Halal" nişanı yalnız Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə verilir, lakin bu nişan altında saxta qida məhsulları satılır. Bu səbədən "Halal" nişanlı həqiqi ərzaqları saxta ərzaqlardan ayırmaq olmur", - deyə QMİ sədrinin müavini, müfti Hacı Salman İdarənin 12-ci qurultayında bildirib.
O həmçinin təəssüflə qeyd edib ki, televiziya kanallarında yayımlanan bəzi dini verilişlərin aparıcılarının din haqqında anlayışları yoxdur. "Bu kimi proqramların hazırlanmasının QMİ ilə razılaşdırılması daha yaxşı olardı", - müfti bildirib.