Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə dekabrın 3-də yola düşəcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.
Onun sözlərinə görə, dekabrın 3 və 5-də ziyarət səfərinə iki karvan göndəriləcək ki, onların da hər birində 35 avtobus olacaq: "Avtobusla Həccə getmək istəyənlər üçün limit başa çatıb. Avtobusla Həccə gedəcək 1700 nəfər zəvvarın hamısı sənədlərini təqdim edib". M. Payızov təyyarə ilə Həccə getmək istəyən zəvvarlar üçün isə sənəd qəbulunun davam etdiyini bildirib. Onun sözlərin görə, zəvvarlar təyyarə ilə dekabrın 9-u, 10-u, 12-si və 13-də yola salınacaq. Artıq oktyabrın 22-dən başlayaraq toplanmış sənədlər viza üçün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinə göndəriləcək.