POPULYARXƏBƏRLƏR

Suriyada Bəşər Əsəd tərəfində azərbaycanlılar döyüşürmü? – bizim araşdırma

Bu gün publika.az saytında bəzi ekspertlərə istinadən Suriyada Bəşər Əsəd tərəfində Azərbaycan vətəndaşlarının iştirak etdiyini iddia edən “Bəşər Əsədin azərbaycanlılardan ibarət ordusu” başlıqlı məqalə dərc olunub (http://publika.az/p/5451). Yazıda istinad edilən ekspertlər və mənbələr iddia edir ki, “İranda azərbaycanlılardan ibarət Əsəd ordusu yaradılır”. Daha sonra bilidirilir ki, guya Suriyada azərbaycanlılar azərbaycanlılara qarşı vuruşur: “Ən maraqlı iddia isə Əsəd ordusunda vuruşmaq üçün yaradılan hərbi bölmələrdə farsların olmamasıdır. Mənbə bildirir ki, bu bölmələrdə Bakının Nardaran və digər kəndlərindən, eləcə də cənub bölgəsindən olanlar, Cənubi Azərbaycandan olan azərbaycanlılar … var”.

İslam.az toxunulan mövzunun aktuallığını nəzərə alaraq özü də bu sahədə araşdırma aparıb.

Əvvəla xatırlatmaq yerinə düşər ki, publika.az saytında dərc olunan məqalədə səslənən iddialara bənzər versiyalar daha öncə də yerli mediada ara-sıra yer alırdı. Hətta guya Suriyada həlak olan 6 Nardaran və Maştağa sakinlərinin adlarından ibarət siyahı da tərtib olunmuşdu. Amma bütün bu iddialar sonradan təkzib olundu. Əvvəlcə Azərbaycan Daxili İşlər Nazirliyi Bəşər Əsədin tərəfində hərbi əməliyyatlarda iştirak məqsədi ilə Nardaran və Maştağa qəsəbəsindən bir qrup şəxsin Suriyaya getməsi barədə KİV-lərdə yayılan məlumatı təkzib etdi. Bu məlumat qəsəbələrə nəzarət edən Sabunçu Rayon Polis İdarəsi tərəfindən də təkzib olundu. Eyni zamanda adı hallanan qəsəbələrin sakinləri bildiriblər ki, öldürüldüyü iddia olunan insanların adları onlara tanış deyil və qəsəbələrdə belə şəxslər heç vaxt yaşamayıblar.

Daha sonra isə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov virtualaz.org saytına bu iddiaların həqiqət olmadığını deyib. N.Kərimov bildirib ki, Nardarandan Suriyaya döyüşməyə gedənlərlə bağlı hər hansı fakt yoxdur: “Nardarandan Suriyaya döyüşməyə gedənlərin olması haqda fikirlər səsləndirilir. Amma ortada bununla bağlı heç bir fakt yoxdur. Suriyada ölənlər və ya yaralananlar arasında Nardarandan kiminsə olması xəbərini də nə eşitməmişik, nə də görməmişik. Bu iddialar absurddur. Kimlərsə məsuliyyəti öz üzərindən atmaq, məsuliyyətdən yayınmaq üçün Nardaran və Maştağanın adını çəkir. Bakı kəndlərinin adının bu məsələlərdə hallandırılmasını düzgün saymıram”.

Nardarandan olan ilahiyyatçılar da azərbaycanlıların Suriyaya yollanaraq Əsəd ordusunda savaşması xəbərlərini yalandılar.

Təbii ki, belə bir mənzərə yarandıqda meydana sual gəlir: bəs bu iddialar haradan qaynaqlanır və nə məqsəd güdür? Bununla bağlı bizim də müraciət etdiyimiz ekspertlərin cavabı təxminən belə oldu – kimlərsə sadəcə fikri sələfi təkfirçilərdən yayındırmaq, cəmiyyətdə dini zəmində qarşıdurma əhval ruhiyyəsi yaratmaq, Suriyada döyüşən təkfirçilərə bəraət qazandırmaq məqsədi ilə mətbuatı bu istiqamətə yönləndirmək, mətbuata bu tipli dezinformasiyalar ötürməklə onları yanlış izə istiqamətləndirməklə məşğuldurlar.

Ekspertlərin fikrincə mətbuata bu kimi əsası olmayan məlumatların “fakt” kimi sızdırılmasında isə 3 qüvvə maraqlı ola bilər:

1. Sələfi təkfirçilərin özləri. Bu hərəkətləri ilə onlar əslində törətdikləri cinayətlərə bəraət qazandırmağa çalışır, fikri özlərindən yayındırırlar.

2. Müxtəlif strukturlara sızmış sələfilərin havadarları olan bəzi məmurlar və digər səlahiyyətli şəxslər.

3. Suriya hökumətinə qarşı bütün bu müharibəni təşkil edərək təkfirçi cinayətkarların ora getməsinə şərait yaradan beynəlxalq qüvvələr.

Bütün bu qruplara daxil olanlar bir məqsəd güdür: təkfirçilərə haqq qazandırmaq və ictimai qınaq nəticəsində yaranmış zərbəni onlardan yayındırmaq. Hər 3 qüvvə hazırda bu istiqamətdə ciddi səylə çalışır.

Dediklərimizi təsdiqləmək üçün belə məlumatları ötürən mənbələrin müəlliflərinə baxsaq yetər. Belə məlumatlar ya saytların, qəzetlərin elektron ünvanlarına anonim şəklində, heç bir fakta söykənmədən, yalnız iddia şəklində gəlir, ya da təkfirçi yönü və ya qərbpərəstliyi ilə tanınan şəxslər tərəfindən elan edilir. Yenə də faktsız və iddia formasında.

Bütün bunları yekunlaşdıraraq, oxuculara müraciət etmək istərdik. Hər kəs istənilən məlumatı oxuduqda diqqətli olsun, ən azından cüzi analiz etsin: bu xəbər nə dərəcədə həqiqəti əks etdirir? Bu xəbərin mənbəyi nədir, kimdir? Yoxsa “adını açıqlanmasını istəməyən”, “anonim”, “etibarlı” mənbələrə istinad edərək çox yalanlara həqiqət donu geyindirmək mümkündür. Eyni zamanda mətbu orqanlarına da məsləhət etmək istəyirik ki, belə məlumatları yayarkən mənbələri yoxlasınlar və ən azından bunu “fakt” kimi yox, iddia kimi təqdim etsinlər. Çünki, hələ ki, bunlar iddiadan başqa bir şey deyil.

 

islam.az



Yerləşdirilib:11 Fevral, 2014  19:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com