Şəki əhli əzan səsinə həsrət qalıb. Bu narahatlığını "Azadlıq Radiosu"na Şəkinin yerli sakinləri bildirib.
Şəkidəki Ömər Əfəndi məscidindən isə deyirlər ki, əzanın mikrofonsuz səsləndirilməsi barədə qərar şəhər icra hakimiyyətindən gəlib. Daha doğrusu, məscid rəhbərliyinə bundan sonra əzanın məscid minarəsindən mikrofonsuz verilməsi tapşırılıb. Səbəb heç məsciddə işləyənlərə də bəlli deyil. "Tapşırıq İcra Hakimiyyətindəndir, məscidin başçısı indi Bakıda qurultaydadır, əzan məsələsi də həll olunmalıdır"- deyə məsciddən bildirilib.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Mirzə Əziz faktı təsdiqləyərək, göstərişin idarə tərəfindən verildiyini deyib, lakin səbəblər barədə danışmaq istəməyib.