POPULYARXƏBƏRLƏR

Sələfilər, “ixvan” “təkfirçi” cərəyanların tarixi və Azərbaycanda yayılması haqda məlumatlar

Radikal islamçı qruplar haqda nə bilirik?

Azərbaycanda radikal dini cərəyanlar mövzusu yenidən aktuallaşıb. Radikal dini qrupların Suriyaya döyüşçü göndərməsi, digər dini inanclara qarşı sərt münasibəti haqda müəyyən fikirlər dövriyyəyə buraxılıb. Yerli sələfi icmasının lideri Qamət Süleymanov mətbuata açıqlamasında Suriyaya döyüşçü göndərilməsinə qarşı olduğunu, ancaq məhz radikal qrupların bu prosesi idarə etdiyini deyib.

Q.Süleymanov bildirib ki, bu qruplar onlar üçün də təhlükəlidir. Sitat: “Çünki onlar dini baxımdan gedib orda xəvaric olub gəlirlər. Gələndən sonra da bizləri, yəni xəvaric olmayan hamını öldürəcəklər. Səsləndirdiyim bütün fikirlər, Quran və sünnəyə əsaslanan alimlərin sözləridir”.

Qeyd edək ki, Azərbaycanda xeyli dərəcədə yayılmış radikal cərəyanlar “xəvaric”, “təkfirçi”, “vəhhabi” kimi adlarla çağırılır. Daha əvvəl ümumi olaraq vəhhabilər adlanan icma sonradan bu ad neqativ fikir doğurduğundan sələfi adından istifadə etməyə başladı. Ancaq “sələfi” və ya deyildiyi kimi, “əhli-sünnə” kifayət qədər ümumiləşmiş addır, cərəyan daxilində ciddi bölünmələr var.

Bölünmə ilə bağlı xəbərlər 2007-ci ildə mediaya çıxıb. Bir il sonra, 2008-ci il avqustun 17-də əsas sələfi məscidi “Əbu Bəkr”ə qumbara atılmasından sonra yerli sələfi icması daxilində münasibətlərin düşmənçilik səviyyəsində olduğu üzə çıxdı.

Həm o zaman, həm də indi Q.Süleymanov bu qüvvələri təkfirçi, xəvaric kimi adlarla adlandırır və onlardan təhlükə gözlədiyini açıq şəkildə bildirirdi. Q.Süleymanov bu qüvvələri gizli şəkildə fəaliyyət göstərən və ən mühümü, Səudiyyə Ərəbistanına bağlı sələfi camaatı ilə deyil, Misirdə yaradılan və bütün ərəb-müsəlman dünyasına yayılmış “İxvan əl-Muslimun” hərəkatı ilə əlaqələndirir.

Qeyd edək ki, hər nə qədər fərqli adlarla və bölünmüş olsa da, bu qrupların nüvəsini sələfi icması təşkil edir. Özlərini peyğəmbər davamçıları, ilkin İslamın ardıcılları sayan sələfi cərəyanının fikir atası 13-cü əsrdə yaşamış İslam ideoloqu ibn Teymiyyədir. Bu gün sələfilər və ya başqa adla vəhhabilər üçün əsas istinad və ideya qaynağı məhz ibn Teymiyyədir. İbn Teymiyyənin görüşləri əsasında sonradan 18-ci əsrdə Ərəb yarımadasında yeni cərəyan yarandı. Hazırda Səudiyyə Ərəbistanında rəsmi ruhanilik məhz bu cərəyana mənsub ruhanilər hesab olunur. Ancaq İslam dünyasında cihad ideologiyası əsasında formalaşan, təkfirçi zehniyyətin geniş yayıldığı başqa qruplar da var. Bu qruplar arasında “ixvan” və “xəvaric” adları daha çox hallanır.

 

“Xəvaric” və ya “xaricilər” termini İslam tarixinin ilk illərinə qədər gedib çıxır. Lüğəti mənası “xaricilər” olan “xəvaric” dindən çıxanlara verilən ümumi addır. İlk xəvaricin İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s) zamanında qeydə alındığı haqda rəvayətlər olsa da, dini-siyasi termin olaraq xəvaric sözü hicrətin 40-cı illərində, xəlifə İmam Əli (ə) hakimiyyəti dönəmində geniş yayılır.

Həzrət Əli ilə qiyamçı Şam valisi Muaviyə ibn Sufyan arasında baş verən uzun müddətli Siffeyn savaşı zamanı tərəflərin hər ikisini “dindən çıxmış” elan edən yeni cərəyan meydana çıxır. Xaricilər adlandırılan cərəyan üzvləri özlərinin dövlətlərini yaradır və İmam Əlinin (ə) hakimiyyətini tanımırlar. Tarixdə bu insanlar güclü inancları olan, amma dinlərində təfəkkürə yer verməyən, hər xırda səhvə görə insanları dindən çıxmış, kafir elan edən qrup kimi tanınır. Hazırda İran ərazisində yerləşən Nəhrəvan bölgəsində İmam Əlinin ordusu sayları bir neçə min (4 min deyilir) olan xarici dəstələri qılıncdan keçirilir. Yalnız bir neçə xarici sağ qurtula bilir. Daha sonra bu cərəyanın nümayəndələrinin Şimali Afrikada olması haqda məlumatlar olsa da, ümumilikdə sonrakı dövr ərzində xaricilik bir cərəyan kimi yox olur.

20-ci əsrin ortalarında Səudiyyə Ərəbistanında baş verən siyasi qalmaqallar, eləcə də sələfi cərəyanı daxilində bəzi ideoloji-əqidə mövzusunda fikir ayrılıqları sələfi axını içərisində parçalanmaya səbəb olur. Narazılar, xüsusən də siyasi hakimiyyətə qarşı çıxanlar “xəvaric”, yəni dindən xaric olanlar adlandırılaraq təqib olunurlar. Öz növbəsində “ərəb xariciləri” hakim rejimlərin Qərblə müttəfiqliyinə, mövcud ideya, əqidə əsaslarına daxil olan məsələlərdə güzəştli qərarlarına görə qınayır, daha doğrusu, dinə xəyanət etmiş adamlar kimi təkfir (kafirlikdə ittiham) edir. Sonrakı dövrdə bu termin sələfiliyin yayıldığı bütün ölkələr üçün xarakterik olmağa başlayır.

1927-ci ildə Misirdə Həsən əl-Bənna və dostları tərəfindən yaradılmış “İxvan əl-Muslimun” Hərəkatı Misirdə və çox keçmədən bütün müsəlman-ərəb dünyasında böyük bir fikir cərəyanına çevrilir. Ancaq ötən əsrin 50-ci illərində bu hərəkat daxilində fikir ayrılıqları yaranır. Mübarizənin daha sərt xəttini seçənlər qruplaşması yaranır. Bu məsələdə hərəkatın ideoloqu Seyid Qütbün fikirləri mühüm rol oynayır. Radikal görüşlü gənc “ixvançı”lar zalım rejimlərə (Nasir, daha sonra Sədat) mütilik edən xalqın ayağa qalxmadığına əsaslanaraq, onu hərəkətə gətirmək üçün yeganə yolun silahlı mübarizə olduğu fikrinə söykənirlər.

1981-ci ildə Ənvər Sədata sui-qəsd təşkil edən radikal görüşlü “ixvan”çılar Mübarək tərəfindən həbs (Sədatı qətlə yetirən Xalid İslambuli edam edilir) olunur. Həbs olunan 300 nəfər radikal dindarın arasında “əl-Qaidə”nin hazırkı lideri, misirli ziyalı ailəsinin nümayəndəsi Əyman əl-Zəvahiri də olur. Misirdə uğursuzluğa düçar olan cihad ideologiyası tərəfdarlarını həmin vaxt Əfqanıstanda odlanan yeni müharibə ocağı özünə cəlb edirdi. Misirli cihadçılar (o cümlədən digər ərəb ölkələrindən gələn müsəlmanlar) Əfqanıstanda Amerikanın dəstəyi ilə ruslara qarşı vuruşurlar. “Əl-Qaidə”nin məhz həmin dövrdə yaradıldığı iddia olunur. Əfqanıstandan sonra Şimali Afrikaya, Sudana, Somaliyə yayılan radikallar 2001-ci il hadisələrindən sonra Əfqanıstana və Pakistana, 2003-cü ildən sonra isə İraqa yerləşirlər.

Azərbaycanda sələfilik ötən əsrin 90-cı illərində yayılmağa başlayıb. 90-cı illərin sonu, 21-ci əsrin ilk illəri sələfilər üçün parlaq dövr sayıla bilər. Ancaq məhz bu sürətli böyümə dövründə sələfi axını daxilində parçalanma yarandı. Təbii ki, sələfi axını da böyüdükcə onun daxilində müxtəlif qruplar yaranırdı. Xüsusən də sələfi axınının yerli liderlərindən narazılıq bu parçalanmalara təsir edirdi. Xəvaricin narazılığı daha konkret və sərt idi. Şərti olaraq xəvaric (bu adı onlara qarşı tərəf verib, onlar özlərini bu cür adlandırmırlar) deyilən narazılar sələfi liderlərin hakimiyyətə, o cümlədən Azərbaycandakı mövcud dini-siyasi vəziyyətə loyal yanaşmasını tənqid edirdilər. Xəvaricin iddiasına görə, hakimiyyət Allaha məxsusdur və bu mənada islamçı olmayan bu hökumət leqal ola bilməz. Eləcə də sələfilərin hakimiyyətə loyal münasibəti dini anlamda küfrdür (təkfir etmə).

“Xaricilər” savad və dini təhsil baxımından zəif olsalar da, mövcud sünni-sələfi doktrinləri baxımından güclü dəlillərə sahib idilər. Bu mənada iki qrup arasında ideoloji mübahisələr uzun müddət davam etdi. 2008-ci ildə sələfilərin əsas mərkəzi olan “Əbu Bəkr” məscidinin partladılması da xaricilərin nifrətinin təzahürü idi.

Qeyd edək ki, sələfi cərəyanının radikal qanadının üzvləri Çeçenistan, Dağıstan, Əfqanıstan, Pakistan, indi isə Suriyada savaşlara qatılıb. Hazırda bəzi məlumatlara görə, Suriyada savaşlara qatılan azərbaycanlıların sayı 200-dən artıqdır. Eyni zamanda ötən ildən başlayaraq Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar, onların fotoları yayılmağa başlayıb. Məlumatlara görə, Suriyada 50-yə yaxın azərbaycanlı öldürülüb.

Azərbaycandan döyüşmək üçün Türkiyə üzərindən Suriyaya getdiyi bilinsə də, bununla bağlı hansı şəbəkənin fəaliyyət göstərdiyi, azərbaycanlıların hansı şəbəkələr vasitəsilə Suriyaya aparıldığı haqda dəqiq məlumat yoxdur. Ancaq son dövrlərdə Müşfiqabad, İçərişəhər Aşurbəy (Ləzgi) məscidlərində yığışan dindarların Suriyaya getdiyi iddia olunur. Gələn xəbərlərə görə isə hazırda əsasən şimal bölgəsindən, o cümlədən Sumqayıt şəhərindən olan radikal dindarların Suriyaya getdiyi bildirilir.

Musavat



Yerləşdirilib:11 Fevral, 2014  15:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com