POPULYARXƏBƏRLƏR

Bu gün Qafqaz müsəlmanlarının XII qurultayı keçirilib

Bu gün "Təzəpir" məscidində Qafqaz müsəlmanlarının XII qurultayı keçirilib. Qurultayda Dini Qurumlarlda İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov, Bakı xristian yeparxiyasının rəhbəri Aleksandr və Dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxilov çıxış edərək ölkədə tolerantlığın inkişaf etməsindən danışaraq qurultayın işinə uğurlar arzulayıblar.

Qayqaz Müsəlmanları İdarəsinin və Qazilər Şurasının fəaliyyəti haqqında isə Hacı Salman Musayev və Hacı Sabir Həsənli hesabat veriblər. Hacı Salman qurultaylararası müddətdə bir sıra əlamətdar hadisələrin baş verdiyini bildirib.

Onun sözlərinə görə, QMİ həmçinin Aşura günlərində Məhərrəmlik ayının təziyə günlərində tibbi ehtiyaclar üçün qan verilməsi ənənəsinin əsasını qoyub: "Daha bir ənənə əhalinin dindar hissəsinin halal ərzaq məhsullarına olan ehtiyacı ilə bağlı meydana gəlib. Ərzaq məhsullarına dini baxımdan halallıq zəmanətinin verilməsi mömin insanların bu məhsullardan arxayınlıqla istifadə etməsini şərtləndirir".

Hacı Sabir Həsənli isə Bakı İslam Universitetinin lisenziya almamasını problem kimi qabardıb. O həmçinin qeyd edib ki, lisenziyanın bu həftə verilməsi gözlənilir. Nəzarət-təftiş komissiyasının sədri Eltan Babayev isə komissiyanın hesabatını açıqlayıb. O bəzi məscidlərin yerləşdiyi bələdiyyələrdən şikayət edib: "Bəzi məscidlərin yerləşdiyi bələdiyyələr məsciddən yığılan ianələrdən bələdiyyə ərazisində hansısa işlərin görülməsi üçün ayırmalar tələb edirlər. Pul verilmədikdə isə dindarların fəaliyyətinə mane olurlar". O, mətbuatda gedən yazılarla bağıl iradını bildirərək qeyd edib ki, bəzi qərəzli yazılar yəzan insanlar dindar adamlarla bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.

Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə isə Şuranın fətvasını elan edib. Fətvaya görə, Raməzan ayı avqustun 22-də başlayır. Niyyət axşamı isə avqustun 21-dir. Bayram namazı sentyabrın 20-də və 21-də qılınacaq. Raməzan bayramı sentyabrın 20-21-də qeyd olunacaq. Fitrə isə dörd manat miqdarında müəyyən edilib.

QMİ sədrinin müşaviri Camal Əliyev isə "Dini etiqad azadlığı haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərlə əlaqədar QMİ-nin Nizamnaməsinə edilən dəyişikliklərlə bağlı məlumat verib. Dəyişikliklər səsə qoyularaq yekdilliklə qəbul olunub. Qurultayda çıxış edən Hacı Əbdül isə mədrəsələrin, məscidlərin açılmasına maneçilik törədilməsinin diqqətdə saxlanmasını istəyib. O, həmçinin bir dinin bir neçə icmasının olmasından da narahatlığını bildirib. QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadə isə məsciddə yığılan inanələrin vergiyə cəlbindən narazılıq edib. O qeyd edib ki, bəzi məscidlərdən vergilər idarəsində qeydiyyatdan keçmək və ianələrə görə vergi ödəmək tələb edilir. Hacı Allahşükür Paşazadə isə qeyd edib ki, heç kimin ianə puluna müdaxilə etməyə ixtiyarı yoxdur: "İanədən vergi vermək düzgün deyil".

Quba rayonundan olan dindar Hacı Mirələsgər isə dövlətin dindarları normal maaşla təmin etmədiyini bildirib və bu məsələnin nəzərə alınmasını təklif edib. Axund Fariz Nağızadə isə məscidlərin sökülməsinə diqqət çəkib və bununla ölkəmizin rüsvay edildiyini qeyd edib. Müzakirələrdən sonra QMİ-nin beş illik fəaliyyəti qənaətbəxş hesab olunub. Daha sonra beş nəfərdən ibarət nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Qazilər Şurasının isə 31 nəfərdən ibarət üzvləri seçilib və təsdiq edilib.

Qurultay iştirakçıları prezident İlham Əliyevə müraciət də ünvanlayıblar.

Müraciətdə paytaxtda yerləşən bir neçə məscidin təmir, həmçinin QMİ-nin inzibati binasının və Bakı İslam Universitetinin tədris binalarının yenidən inşa olunmasına görə razılıq ifadə olunub. "Biz müsəlmanlar sizin daxili və xarici siyasətinizi hər zaman bəyənir, dəstəkləyir və ölkəmizin, eləcə də regionun rifahı naminə gördüyünüz işlərə Allah-taaladan xeyir-dualar diləyirik",- deyə prezidentə müraciətdə vurğulanır.



Yerləşdirilib:13 Avqust, 2009  10:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com