Gəncəli zərgər Arzu Əliyev qiymətli metallardan istifadə etməklə XVII əsrə aid Şah Abbas məscidinin maketini hazırlayıb. Həqiqi ölçüsü 200 dəfəyədək kiçildilən məscidin maketində 3 millimetr uzunluğu və 1 millimetr eni olan təxminən minə qədər mis kərpiçdən istifadə olunub.
Səkkiz aya quraşdırılan maketə 15 qram qızıl, 9 qram gümüş və 2 kiloqramadək müxtəlif metal sərf edilib. Binanın günbəzi gümüş, qapı və pəncərələrinin kənarları isə qızılla işlənib. Məscidin maketinin hündürlüyü 16 santimetr, çəkisi 3 kiloqrama yaxındır.