Azərbaycanda Ramazan ayı avqustun 22-dən başlayacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilat şöbəsinin müdiri Hacı Fuad Nurulla məlumat verib.
Onun sözlərinə görə, hesablamalara görə orucluğun məhz bu tarixdən başlayacağı gözlənilsə də, QMİ-nin Qazilər Şurası bununla bağlı hələ fətva verməyib: "Yaxın 10 gündə Qazilər Şurası yığışacaq, orucluğun başlanması və bitməsi, qədir gecələri və niyyət axşamları ilə bağlı astroloji mərkəzlərlə razılaşdırılmış fətva verəcək, həmçinin orucluq cədvəli hazırlanacaq".