Qorxulu yuxudan əziyyət çəkən və yaxşı yuxular görmək istəyən adam hansı duaları oxusa faydalı olar?
Dua kitablarında bununla bağlı bəzi tövsiyələr verilib. Məsələn, Peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbasdan rəvayət edilib ki, hər kim pis yuxudan və qarabasmadan əziyyət çəkirsə, yatmazdan əvvəl Ali-İmran surəsinin 18-ci ayəsini oxusun. Hər kim yatmazdan qabaq Məaric surəsini oxusa, pis yuxu görməz, bəlalardan amanda qalar, üstəlik, ehtilam olmaz (yəni şəhvətli yuxu nəticəsində cünüb olmaz). Yenə mötəbər kitablarda qeyd edilib ki, qorxulu yuxulardan amanda qalmaq üçün yatmazdan əvvəl 15 dəfə Leyl surəsini oxumağın xeyri var. Məşhur alim Kəfəminin “Misbah” kitabında yazılıb ki, kim Zuxruf surəsini yastığının altına qoyub yatsa, həmin gecə yalnız yaxşı yuxular görər. Yatmazdan əvvəl ayətül-kürsi, Fatihə, Qədr, Fələq, Nas surələrini oxumağın, hər cür şər-bəladan Allaha sığınmağın, Peyğəmbərə və Əhli-beytə salavat söyləməyin də faydası var.
İslam.az