Noyabrın 2-5-də Bakıda "Bakı - islam mədəniyyətinin paytaxtıdır" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumata verilib.
Məlumata görə, konfransın əsas mövzuları "Bakının maddi və mənəvi mədəniyyətində islam amili", "Bakının müsəlman dünyasında yeri və rolu", "Qərb və şərq alimləri Bakı haqqında", "Azərbaycan alimləri islam haqqında"dır. Konfrans çərçivəsində Qobustana, Bakı qalalarına, İçərişəhərə, Qız qalasına, Şirvanşahlar Sarayına, Xalça Muzeyinə, Ədəbiyyat Muzeyinə gəzintilər də təşkil olunacaq.