NATO-nun yeni baş katibi Foq Rasmussen bu gündən rəsmi olaraq alyansa rəhbərlik edəcək. Danimarkanın Baş naziri Foq Rasmussen NATO-nun apreldə keçirilən yubiley sammitində təşkilata baş katib seçilib.
Həmin vaxt Türkiyə Rasmussenin seçilməsinə qarşı çıxsa da, sonda bu baş verdi. Ankaranın etirazının səbəbi isə Məhəmməd Peyğəmbərin karikaturası ilə bağlı Danimarka ilə baş verən qalmaqal, həmçinin bu ölkədə PKK-nın "Roj TV" stansiyasının fəaliyyətinə imkan yaradılması idi.
Rasmussen bu dəfə də "Məhəmməd Peyğəmbərin Karikaturası ilə bağlı Danimarka ilə baş verən qalmaqal ona vəzifəsinin icarsında mane olacaqmı?" sualına cavab vermək məcburiyyətində qalıb. Çünki Əfqanıstanda sülhün əldə olunmasını əsas priaritet seçən NATO Baş katibi çoxu müsəlman olan Əfqansıtanda bu sualla tex-tez qarşılaşacaq. "Karikatura keçmişdə qaldı mən gələcəyə baxıram".
Baş katib vəzifəsində ikinci əsas prioritetin Rusiya ilə alyans arasındakı münasibətlərin normallaşdırılması olduğunu bildirib. O, rus xalqına və liderlərinə mesaj göndərərək NATO-nun onlara qarşı olmadığını qeyd edib.