Televizorda havanın necə olacağını qabaqcadan söyləyirlər. Bu proqnozlar Allahın işinə qarışmaq və kahinlik etmək sayılmırmı?
Bu, elmin inkişafı nəticəsində insanların əldə etdiyi faydalı bir nailiyyətdir. Əlbəttə, gələcəkdə havanın necə olacağı qeybi xəbərlərə aiddir və bunu tam dəqiq şəkildə yalnız Allah bilir. Hesabatlar bəşər şüurunun nəticəsidir, doğru çıxmaya da bilər və təcrübədə bəzən bunu görürük. Amma havanın necə olacağını qabaqcadan öyrənməyə cəhd etmək günah sayılmaz. Çünki bunu bilmək insanlara xeyir gətirir. Nəinki elmi hesabat və təcrübələrdən, hətta bəzi heyvanların davranışından belə, hava barədə proqnoz almaq mümkündür. İslamda günah sayılan əməl budur ki, insan guya öz hissiyyatı, “vergisi” ilə gələcəkdən xəbər verdiyini iddia etsin. Çünki burada heç bir elm, təcrübə, hesabat yoxdur. Amma sırf elmi yollarla və ya təcrübənin köməyi ilə proqnozlar vermək günah sayılmaz.
İslam.az