Azərbaycanın Gəncə şəhərində "Nurçuluq" dini təriqətini təbliğ edən şəxslər cəzalandırılıblar. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 3-cü mikrorayon ev 13-də yaşayan Elmir Mehdiyevin mənzilində "Nurçuluq" dini təriqətini təbliğ etdikləri üçün şəhər sakinləri Rüfət Verdiyev, onun qardaşı Rəşad, Murad Ağayev, Elnur Əliyev, Azər Hüseynov, Elaj Mürsəlov, Rövşən İsgəndərov, onun qardaşı Etibar, İsmayıl Əsgərov, Alim Allahverdiyev və Bakı şəhər sakini Elçin Hacıyev Polis Şöbəsinə gətiriliblər. E.İsgəndərov, İ.Əsgərov barələrində İnzibati Xətalar Məcəlləsinin 310-cu, E. Mehdiyev barəsində isə 299-cu maddəsi ilə protokol tərtib olunub, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.