POPULYARXƏBƏRLƏR

"Qamət Süleymanova görə 3000 adam həbs olunub"

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Meşə qardaşları" adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qüdrət Məlikov ifadə verib. Onun sözlərinə görə, 1999-cu ildən "Əbu-Bəkr" məscidinə gedib-gəlir və məscidin imamı Hacı Qamət Süleymanovla yaxın tanışlığı olub: "Qamətlə yaxşı münasibətimiz var idi. Lakin Qamət xaricdə - Əfqanıstanda, Çeçenistanda İslamın düşmənlərinə qarşı döyüşənləri, Sumqayıt və Quba camaatını xavaric – cəhənnəm köpəkləri adlandırmaqla böyük səhv etdi. Necə olur ki, 20 yanvarda, Qarabağda bizi qətlə yetirən rusa qarşı döyüşən müsəlman xavaric olur?".

Q. Məlikov 2008-ci ilin mayında Qamət Süleymanovu öldürmək qərarına gəldiyini də açıqlayıb: "Bu məqsədlə partlayıcı maddə hazırlayıb, Bakıya gəldim və məscidin yaxınlığında Qamətin avtomobilini saxladığı yerə getdim. Üç gün orada müşahidə apardım ki, səhv etməyəm. Lakin sonra məlum oldu ki, Qamət Azərbaycanda deyil. Partlayıcı maddəni Qubadakı köhnə evimizin damına qoymuşam və istidən orada partlayıb. Bu məsələdən heç kimin, o cümlədən qardaşım Ülfətin Məlikovun da xəbəri olmayıb". O, qardaşı ilə birgə saxlanıldıqdan sonra ilkin ifadəsi alınan zaman işgəncəyə məruz qaldığını da söyləyib. Q. Məlikov ona qarşı irəli sürülən ittihamların böyük hissəsi ilə razılaşmadığını da qeyd edib. Sonra təqsirləndirilən şəxs üzünü zalda zərərçəkən qismində əyləşən Qamət Süleymanova tutaraq bildirib: "Səcdə elətdirib, sonra xilas edə bilməyənin rəvayətini bilirsən. Vaxtilə sənə qardaş demişəm. Amma sən düz eləmədin. Məscidin partladılmasına isə bizim heç birimizin aidiyyatımız yoxdur".

Təqsirləndirilən Kamran Bozorgi isə əvvəlcə dövlət ittihamçısını işə düzgün baxmamaqda, sonra isə Q. Süleymanovu satqınlıqda günahlandırıb: "Quba camaatı adlı qurum olmayıb. Mən də onun əmiri olmamışam. Əgər belə göstəriş verilibsə, adımı əmir yazın, on beş il iş verin, məsələ bitsin. Qamət, xəbərin var ki, həbsxanalar əvvəllər sənin tərəfini saxlayan adamlarla dolub? Sənə görə, üç min adam həbs olunub. Bəsdir, arvadı yəhudi olan, yəhudi mollası Adilə inandınız. Səninlə də oturub çörək yeyir, Elxanla da". Sonra Q. Məlikov dövlət ittihamçısının və hakimin suallarını cavablandırıb. Proses günün ikinci yarısında davam etdiriləcək.

İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar "Əbu-Bəkr" məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılıb, onlar barəsində cinayət işi başlanıb.



Yerləşdirilib:29 İyul, 2009  10:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com