Böyük Britaniyanın Eyvon və Somerset qraflıqları polisi öz əməkdaşlarının uniformalarına İslam baş örtüklərini də əlavə edib. Belə ki, bu qraflıqların qadın polisləri məscidlərə daxil olan zaman baş örtükləri taxacaqlar.
Baş örtükləri iki formada olacaq: qara - polisin kadr əməkdaşları üçün, göy - könüllü köməkçilər üçün. Variantların hər birində Britaniya polisinin emblemi olacaq. Bu cür baş örtüklərinin birinin qiyməti 13 funt-sterlinq olacaq.