Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 6 dini təşkilatı qeydiyyata alıb. Bunların hamısı islam yönümlü təşkilatlardır. Bu barədə APA-ya komitə sədrinin müavini Elçin Əsgərov məlumat verib. Onun sözlərinə görə, artıq qeydiyyatda olan dini təşkilatların sayı 341-ə çatıb. Bunlardan 29-u qeyri-islam yönümlü təşkilatdır. E.Əsgərov bildirib ki, dini təşkilatların qanunsuz fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib: "Dini qurumların qanundan kənar fəaliyyəti aşkarlanarsa, onlara bir neçə dəfə xəbərdarlıq edirik. Xəbərdarlığa əməl etməyən təşkilatlar isə məhkəməyə verilir". Qeyd edək ki, komitə yarandığı dövrdən bəri yalnız "Məhəbbət Kilsəsi" dini təşkilatın qeydiyyatını ləğv edib.