POPULYARXƏBƏRLƏR

Şeyxin qardaşından vəhhabilərə ittiham: “Onlar artıq təxribata əl atırlar”

Xəbər verdiyimiz kimi yanvarın 28-də Azərbaycanın Qazilər Şurasının xüsusi iclasında qeyri-ənənəvi təriqətllərin, radikal cərəyanların təxribat xarakterli, cəmiyyətdə sabitliyi pozan təbliğatlarına qarşı fətva verilib. İclasda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də bu cür radikalların ictimai əmin-amanlığı pozmağa yönəlmiş idayelarından danışaraq, kəskin çıxışlar edib. Əsasən vəhhabilik, xəvaricilik, sələfilik, nurçuluq, təkfirçilik cərəyanlarının adları vurğulanıb. Çox keçmədən onun fikirləri və umumilikdə Qazilər Şurasının verdiyi fətva nəinki ölkədaxili radikalları narahat etdi, hətta deyəsən nurçu təriqətinin nümayəndələrini də qəzəbləndirdi.

Belə ki, özünü “Fətullah Gülən sevdalıları” adlandıran qrupun elektron poçt ünvanından mətbuata Allahşükür Paşazadəni hədələyən məktublar göndərilib.

Məktub QMİ sədrinin ərəb ölkələrinin fondları, siyasətçi və iş adamları ilə əlaqələrindən bəhs olunur. Yazının girişində Şeyxin vəhhabi və nurçulardan çox danışdığı qeyd olunur və QMİ sədrindən vəhhabilərdən aldığı pulların hesabını verməsi tələb olunur. Daha sonra isə Şeyxülislamın müxtəlif ünvanlardan pul alması ilə bağlı rəqəmlər qeyd olunur:

1. Küveytli biznesmen Əbdül Əziz Batendən Xırdalanda İslam Universiteti tikmək üçün 500 min dollar almısan. Hanı Universitet, hanı pullar?

2. Bəhreyn krallığı vətəndaşı Əbu Süleymandan qaçqınlara yardım üçün aldığın 1 milyon dollar. Əbu Süleyman “əl-Qaidə” ilə bağlı olduğu üçün ABŞ tərəfindən həbs edilmişdi.

3. Səudiyyə daxili işlər naziri Nayif bin Əbdül Əzizdən aldığın 700 min dollar nə üçün idi? Səudiyyə daxili işlər naziri ilə nə əlaqən?

4. Səudiyyəli iş adamı Abdullahdan aldığın 800 min dollar qaçqınlara paylanıldı, yoxsa özünə villa tikdin?

5. “Nur camaatı”ndan aldığın 250 min dollar. Məscid sözü verdin, amma yedin pulu.

Yazıda həmçinin Şeyxülislam təhdid olunub ki, daha danışmasın, yoxsa daha artıq ifşa ediləcək.

İslam.az-ın məlumatına görə, Modern.az saytına QMİ sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə qardaşına qarşı yayılan kompramatlara münasibət bildirərkən bunların yalan olduğunu deyib:

“Qafqaz Müsəlmanları İdarəsinin bəyanatı hardasa Azərbaycandakı vəhhabilərə toxunub. Azərbaycanda gizli pərdə altında vəhhabilik inkişaf edib. İdarənin bəyanatları həmin radikal dini cərəyanların nümayəndələrinə sərf etmir. Onlar Şeyxulislam Allahşükür Paşazadənin dediklərinə əks mövqedə dayanıblar”.

“Bu adamlara vəsaitin haradan ayrıldığı bilinir. Onlar birbaşa Səudiyyə Ərəbistanından maliyyələşir. Dünya bilir ki, bunlar başqa-başqa dövlətlərdən, həmçinin Səudiyyə Ərəbistanından geniş şəkildə istifadə edirlər. Müsəlmanlar İdarəsi hansı formada Səudiyyə Ərəbistanından istifadə edə bilər axı?”- deyə Cavanşir Paşazadə mətbuatda QMİ rəhbərinin Səudiyyə Ərəbistanından pul alması barədə yazılanları tənqid edib.

Millət vəkili onu da bildirib ki, Azərbaycanda olan vəhhabi cərəyanının iç üzü açıldığı üçün onlara bəzi məsələləri xatırlatmaq sərf etmir. O qeyd edib ki, vəhhabilər Azərbaycan dövlətinin  radikal cərəyanlara qarşı qanuni şəkildə işlər aparacağını bildiyindən təxribatlara əl atırlar.

“Azərbaycan dövləti, azərbaycançılıq əleyhinə dünyada müxtəlif diaspor təşkilatları fəaliyyət aparır. Bu da onların bir formasıdır”.

Qeyd edək ki, bu kompromatı yayanların nurçular deyil, məhz vəhhabilərin olması ehtimal olunur.



Yerləşdirilib:30 Yanvar, 2014  18:44, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com