POPULYARXƏBƏRLƏR

Çirkli oyunlar içində Cənnət vədi və ya Suriyada ölənlərə şəhid demək olarmı?

Mətbuatda, siyasi dairələrdə, dini qurumlarda vəhhabilərin Azərbaycanın dini tolerantlığına, sosial və siyasi sabitliyinə təhlükə olması barədə çox yazıldı.

Yazılanları, deyilənləri təkrarlamaq fikrim yoxdur. Artıq məsələ ilə bağlı Daxili və Xarici İşlər nazirlikləri, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlar öz mövqelərini ortaya qoyublar.

Deyilənlərin əsas və ortaq nöqtəsi budur ki, din pərdəsi altında missionerliklə məşğul olan bu terror təhlükəli cərəyan üzvlərinin əl-qollarını bir yerə yığıb sakit durmalıdırlar. Əks təqdirdə nəticə ilə özləri hesablaşmalı olacaqlar. Bununla bağlı qanuni çərçivədə addımlar atılacağı barədə lazımi qurumlar tərəfindən sərt xəbərdarlıq da edilib.
Çirkli oyunlar içində Cənnət vədi...

Dini məzhəblər, sünnilər və şiələr arasında nifaq yaradaraq ölkədə dini qarşıdurma yaratmaq istəyən bu insanların artıq xarici qüvvələr tərəfindən maliyyələşdirildiyi də hamıya məlumdur.

Suriyanı cihad məkanına çevirən, guya ki Cənnətə düşəcəyindən əmin olaraq özünü güllə qarşısına atan, müsəlmana kafir adı qoyub, onu göz qırpmadan qətlə yetirən bu insanlar hələ də çirkli oyun içərisində olduqlarını anlamırlar. Bəlkə anlayırlar, amma geri dönüşlərinin olmadığını bildikləri üçün əməllərindən əl çəkmirlər.

“Qurani Kərim”ə inandıqlarını deyirlər, amma əməlləri öz dediklərini təkzib edir...

“Qurani Kərim”i hər zaman özlərinə rəhbər tutduqlarını deyən vəhhabilərin bu hərəkətlərinə elə “Qurani Kərim”də baxaq görək necə qiymət verilir?
Onların Suriyada elan etdikləri “cihad” məsələsinə Allah “Qurani Kərim”də nə buyurub?

Həcc surəsinin 78-ci ayəsində buyurulur ki, “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin”. Amma Suriyadakı müharibə Allah yolundadırmı? Əlbəttə ki, xeyr. Bu ölkənin iki müxalif qüvvəsinin hakimiyyət savaşıdır. Burada İslam dinini müdafiə etmək üçün savaş elan edilməyib. Əksinə, hazırda orada gedən döyüş, fitnəkar qüvvələr tərəfindən alışdırılan bu ocaq dinimizə ziyan vurur.
Amma görünür onlar bu ziyanı dərk etmirlər.

Bundan başqa Ənam surəsinin 151-ci ayəsində buyurulub: “Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”.

İndi baxaq Suriyada 3 ilə yaxın müharibədə nə qədər dinc sakinlər, müharibədə iştirak etməyən yerli əhali öldürülüb? Minlərlə, on minlərlə qoca, uşaq, qadın “cihad” adı ilə qətlə yetirilib, insanlar vətənindən didərgin olunub.
Suriya İnsan Hüquqları Təşkilatının məlumatına görə ölkədə müharibə başlayandan sonra 130 mindən çox adam öldürülüb. Onların 61 mindən çoxu mülki vətəndaşdır. Onların da 10 mindən çoxu uşaq və qadınlardır.
Daha bir ayəyə nəzər yetirək. Maidə surəsinin 77-ci ayəsində dində ifrata gedənlər, yolunu azmış qüvvələrin arxasınca gedənlər barədə belə buyurulub:

“De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!”

Müqəddəs kitabımızdan bu kimi ayələr çox gətirmək olar. Nəticə etibarilə Allah müsəlmanlara mehriban və əmin-amanlıq içərisində, fitnə-fəsada uymadan yaşamağı buyurur. Bu ayədə isə demək olar ki, hər şey aydın olur:
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”
Öz adınızdan niyə imtina edirsiniz?

Son zamanlar vəhhabilərin öz adlarından imtina etməsi halları ilə çox rastlaşırıq.
Onlar deyirlər ki, “biz vəhhabi deyilik və heç vaxt olmamışıq, biz sələfiyik”. Amma nəticə etibarilə ikisi də eyni anlayışdır.
Sadəcə son zamanlar onlara qarşı edilən təzyiqlərə görə öz adlarından imtina etmələrini müəyyən qədər başa düşmək olar. Çünki onlar Azərbaycanı öz məqsədlərini və missiyalarını rahatlıqla tətbiq etmək üçün ən rahat məkan bilirdilər. İndi onların bu rahatlığı pozulduğu üçün öz adlarından imtina etmələri də məhz bununla bağlıdır.
Əgər həqiqətən də əqidənizdə doğrusunuzsa niyə öz adınızdan imtina edirsiniz? Və yaxud da sələfilik deyəndə kimin sələfi olduğunuzu iddia edirsiniz?
Məhəmməd Peyğəmbərimizin (s.a.v.s) sələfi olduğunu iddia edirsinizsə o dinimizdə nifaq salmağı heç vaxt buyurmayıb. O müsəlmanlar arasında düşmənçilik və ədavət yaymağı buyurmayıb.
Peyğəmbərimiz müsəlmanın canına və malına halal kimi baxanlara dəstək verməyib. Onun sələfləri bu kimi əməllər etməz.
Əksinə peyğəmbərimiz belə buyurub: “İnsanlara mərhəmət etməyənə Allah mərhəmət etməz”.
Başqa bir hədisdə belə deyilib: “Müsəlman müsəlmanın qardaşıdır”. Daha Peyğəmbərimiz deməyib ki, müsəlmana düşmən kimi baxın və onu kafir kimi öldürün.
Son söz əvəzi... və ya mücahidlər və şəhidlər kimlərdir?
Bütün bunların yekunu olaraq qeyd etmək lazımdır ki, cəmiyyətimiz həm elmi, həm də dini cəhətdən maariflənməlidir. İnsanlar mövcud təhlükələrin olduğu dövrdə müxtəlif şirin vədələrə uymamalıdır. Qəlbində Allah sevgisi olan şəxs nifaqa düşməməli, haqqı nahaqdan ayırmalıdır. Müsəlmanlar onları ayırmağa çalışanlara qarşı sıx birləşməlidir.
Son zamanlar bir sıra mətbuat orqanları Suriyada vuruşanlarla bağlı mücahid və şəhid kimi ifadələr işlədir.
Dünən Qazılar Şurasının iclasında da Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu məsələyə toxunub:
“Dindarlarımız rahatlıqla ibadətlərini edir. Azərbaycan öz tolerantlığı ilə bütün dünyada tanınır. Bizdə ənənəvi olaraq süni və şiə məzhəbinin nümayəndələri olub. Sonradan yaradılan dini cərəyanlar isə xarici qüvvələr tərəfindən idarə edilir. Mən elə bilirəm ki, onlar həm də Ermənistana xidmət edən qüvvələrdir.
Düşünmüşəm ki, bəlkə düzələrlər. Adını vəhhabi, sələfi qoyursan, nə qoyursan qoy, öz ibadətini et, vəssəlam. Amma təbliğ və təşviq etmək ölkənin qanunlarına ziddir. Bu kimi hallar qanun çərçivəsində cəzalandırılmalıdır.
Cəmiyyəti maarifləndirmək lazımdır. Vətənə sevmək, qorumaq hər bir vətəndaşın, müsəlmanın borcudur. Lakin burada insanları aldadaraq onlara Cənnət vəd edərək cavan uşaqları xaricə göndərənlər küfr edirlər. Onları ata-analarından ayıranlar necə cavab verəcəklər? Bizim Qarabağ boyda dərdimiz var. Biz qeyrətimizi çəkməliyik. Bu qeyrət qala-qala, Suriyada şəhadət adı ilə getmək şəhidlik deyil. Çox pul qarşılığında Suriyaya gedirlər.
Bu cihad deyil. Orada ölənlər şəhid deyil. Mən inanıram ki, dövlət bununla bağlı lazımi tədbir görəcək”.
Məşədi Dadaş məscidinin imam axundu Hacı Şahin Həsənli isə bu məsələ ilə bağlı belə dedi:
“Azərbaycanda bəzi cərəyanlar məzhəblərarası qarşıdurma yaradır. İstər sünni, istərsə də şiə məzhəblərinin nümayəndələri bu kimi hallara qarşı mübarizə aparmalıdır. Hamı da görməlidir ki, həqiqətən də bu məzhəblərin heç bir cərəyana aiddiyyəti yoxdur”.
Suriyada baş verənlərin müqəddəs müharibəyə, cihada heç bir aidiyyəti yoxdur. Cihad Qurani-Kərimdə işlənmiş sözdür və təcavüzə məruz qalanın özünü qoruması mahiyyətini daşıyır. Yəni hansısa müsəlman xalq təcavüzə məruz qalırsa, torpaqları zəbt olunursa, işğal olunursa, xalqın vəzifəsidir ki, öz dəyərlərini qoruyaraq təcavüzkara cavab versin.
Bunların isə heç birinin bu gün Suriyada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, azərbaycanlılar da bu gün oradakı döyüşlərdə iştirak edir. Onlar əslində Qarabağa yollanıb orada cihad elan etməlidirlər”.

Fərid Ədalət
Gün.Az

 

 



Yerləşdirilib:29 Yanvar, 2014  18:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com