POPULYARXƏBƏRLƏR

UNESCO yanında Dini Liderlərin Məşvərətçi Qrupu təsis olundu

Bu gün Moskvada Müqəddəd Daniil Monastırının Sütunlu Zalında (Moskva və Ümumrusiya patriarxının iqamətgahında) UNESCO yanında Dini Liderlərin Məşvərətçi Qrupunun təsis yığıncağı keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, toplantıda UNESCO-nun baş direktoru Koisiro Matsuura, Moskva və Ümumrusiya Patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, həmçinin Vatikan, ABŞ, Səudiyyə Ərəbistanı, Almaniyadan, habelə digər ölkə və beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edib. Yığıncağa Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko da qatılıb.

Toplantını açıq elan edən Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və Ümumrusiya Patriarxı Kirill bildirib ki, yeni qurum dini liderlərin UNESCO-nun həyata keçirdiyi yüksək missiyaya kömək etməsi məqsədilə yaradılır: "Bu gün beynəlxalq münasibətlərdə dini faktorun rolu getdikcə artır. Bununla yanaşı, müəyyən radikal dini qüvvələr din faktorundan istifadə edərək, insanlar arasında düşmənçilik və nifrət toxumları səpməyə, hətta silahlı münaqişələr yaratmağa çalışırlar". Moskva və Ümumrusiya Patriarxı yeni qurumun yaranmasında aktiv iştirakına görə Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təşəkkürünü bildirib.

Şeyxülislam Allahşükür Paşazadə isə çıxışında bu görüşü beynəlxalq dinlərarası münasibətlərdə yeni mərhələ adlandırıb: "Bu mərhələ ilahi məqsədlərin təsdiqi üçün dini icmaların UNESCO ilə birbaşa dialoqunun nümayişidir. Əminəm ki, yeni yaradılan qurum bütün dünyada dinlərarası münasibətlərin inkişafına yeni impuls verəcək". A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB müsəlmanlarının Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanlarının yeni yaradılan Məşvərətçi Şurasının başçısı kimi yeni yaradılan qrupun fəaliyyətinin güclənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Sonda təsis yığıncağında Kommünike qəbul edilib. Toplantı iştirakçılarını Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev qəbul edib.



Yerləşdirilib:22 İyul, 2009  23:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com