Uzun illər formasını geyindiyi "Milan"ı Madrid "Real"ına dəyişən Kaka dinə bağlığılığını bir daha sübut edəcək. Belə ki, braziliyalı futbolçu həyat yoldaşı ilə birlikdə Madriddə kilsə açacaq. Bu barədə Kakanın arvadı Karolina məlumat verib.
Karolina bununla bir növ tanrıya təşəkkür etmək niyyəftində olduqlarını bildirib: "Bu böhranda tanrı bizə böyük sərvət verdi. Biz də yeni evimiz Madriddə bir kilsə açaraq insanların bizim mesajlarımızı öyrənməsinin lazım gəldiyini düşündük".