Sirkə və bəkməz halaldırmı? Bunları hazırlayarkən çaxıra çevrilməməsi üçün nə etmək lazımdır?
Üzüm sirkəyə çevrilməzdən əvvəl qıcqırır və çaxır halına düşür. Bu mərhələdə onu içmək haramdır və içində olduğu qab da murdardır. Sonra o, sirkəyə dönür. Sirkəyə döndükdən sonra qab da pak hökmündədir.
Bəkməz üzüm suyunun ocaqda qaynaması ilə əmələ gəlir. Üzüm suyunun üçdən-ikisi buxarlanıb, üçdən-biri qalana kimi bu maye murdar sayılır, onu içmək haramdır, qab da murdardır. Üçdən-ikisi buxarlanıb, üçdən-biri qalandan sonra isə bəkməz sayılır, istifadəsi halaldır, qab da pak hökmünə düşür.
İslam.az