Anqolada "bədənlərinə cin daxil olmaları" səbəbindən bir evdə qapalı şəraitdə saxlanılan 29 uşaq xilas olunub. Uşaqlar 'God is Alive' (Tanrı Yaşayır) adlı dini qrupun liderinin evində saxlanılırmış. Dini lider istintaqa çağırılsa da, onun saxlanılıb-saxlanılmadığı barədə məlumat verilmir.
Hökumətin rəsmi orqanı olan "Anqola" qəzeti yazıb ki, ölkənin Zair bölgəsindəki bir evdə saxlanan bu uşaqların yanında 10 qadın və 3 kişi də olub.
Keçən il də Anqola polisi iki fərqli dini qrupun eyni səbəblə qapalı şəraitdə saxladığı 40 "cinli" uşağı azad edib.