Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün görüşəcəklər. Ermənistanın Apostol və Rusiyanın Pravoslav kilsələrinin başçıları, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilin də qoşulması ilə üçtərəfli görüşün davam etdirilməsi planlaşdırır.
Bu razılıq bütün erməni katolikosu II Qaqerinin patriarx Kiril ilə Ermənistanın Moskvadakı kilsəsinin başçısının səfəri çərçivəsində keçirilən görüşü zamanı əldə olunub.
Bütün erməni katolikosu iyulun 14-16-da Moskvada səfərdə olub. // Trend