Adamın paltarında və ya bədənində lap az miqdarda nəcasət varsa, qıldığı namaz düzgündürmü?
Namaz zamanı istər bədən, istərsə də paltarlar pak olmalıdır. Əgər bunlarda iynənin ucu boyda nəcasət olsa, namaz batildir. Nəcasətlərdən yalnız qan istisnadır. Belə ki, açıq yaradan qan gələrsə, bu halda namaz qılmaq olar. Bədənə və ya paltara insanın öz qanı, başqa adamın qanı, əti halal olan heyvanın qanı düşsə, qana bulaşmış sahə üst-üstə baş barmağın dırnağından və ya şəhadət barmağının bükümündən çox olmadığı halda, namaz qılmağa icazə verilir. Qanın bulaşdığı yer bu miqdardan çox olsa, namaz batil sayılır. Özü də bu şərt yara qanına şamil olur. Heyz, istihazə, nifas kimi qanlar, it və donuzun qanı, leş (murdar) qanı bura aid deyil.
Həmçinin, namaz qılanın corab, araqçın kimi kiçik libaslarının (övrəti örtməmək şərti ilə) nəcasətə bulaşması da eyb etməz. Eləcə də, cibində nəcasətə bulaşmış dəsmal və ya başqa əşya varsa, namaza maneçiliyi yoxdur.
İslam.az