Rusiyanın Sankt-Peterburq şəhərinin Primorsk rayonunda məscid açılıb. "Tatar-inform"un məlumatına görə, bu, "şimal paytaxtında" ikinci məscid olacaq.
Açılış mərasiminə Tatarıstan Respublikasının Sankt-Peterburqdakı daimi nümayəndəsi Şamil Axmetşin, şəhərin vitse-qubernatoru Aleksandr Vaxmistrov, Rusiya müsəlmanlarının ali müftisi Talqat Tacuddin, Türkiyənin Rusiyadakı səfirinin din işləri üzrə müşaviri Bəkir Gərək və digər qonaqlar dəvət edilib.
Qeyd edək ki, Sankt-Peterburqdakı birinci məscid XIX əsrin əvvəlində tikilib. İkinci məscid isə 100 il sonra – XX əsrin əvvəlində təhvil verilib. İkinci məscidin nəzdində İslam institutu olacaq. İnstitut sentyabrın 1-dən işinə başlayacaq.