POPULYARXƏBƏRLƏR

Bu il Azərbaycandan cəmi 2000 nəfər Həccə gedəcək

Bu il Azərbaycandan Həcc ziyarətinə cəmi 2000 nəfər gedəcək. Onlardan 300 nəfəri avtobusla, 1700 nəfəri isə təyyarə ilə müqəddəs torpaqlara səfər edəcəklər. Bu barədə bu gün keçirilən mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə məlumat verib.

Onun sözlərinə görə, zəvvarların sayının azaldılmasının səbəblərindən biri Səudiyyə Ərəbistanındakı "donuz qripi" ilə bağlıdır. Digər səbəb isə Azərbaycanda Həccə gedənlərin ziyarətə hazırlıqlı olmaması ilə bağlıdır.
"Bəzi ölkələrdə Həccə gedən zəvvarlar Həccin şərtlərini, Hacı olandan sonra həyatlarını necə keçirəcəklərini öyrənirlər. Bizdə isə hamı birbaşa Həccə gedir. Biz kurslar təşkil etsək də ora gələn olmadı. Hətta elə zəvvarlar var ki, ilk dəfə Həccdə namaz qılmağa başlayırlar", deyə Hacı Allahşükür Paşazadə bildirib.

Qeyd edək ki, Həccə getmək üçün sənəd qəbulu davam edir. 2000 nəfərlik norma bitəndən sonra, yerdə qalan şəxslər gələn il Həcc ziyarətinə gedə biləcəklər. Xatırladaq ki, keçən il Azərbaycandan 6000-ə yaxın zəvvar Həcc ziyarətinə getmişdi.

Bununla yanaşı, Hacı Allahşükür Paşazadə bildirib ki, əgər "donuz qripi" ilə bağlı hər hansı təhlükə olarsa, Həcc ziyarəti tamamilə ləğv oluna bilər. "Amma mən belə bir təhlükə görmürəm. "Donuz qripi" ilə bağlı Həcc ziyarətinin tam ləğv olunması real deyil".

Ziyarətə görə ödəniləcək məbləğ isə dəyişməyəcək. Qeyd edək ki, avtobuslarla Həcc ziyarətinə getmək istəyən zəvvarlar 2050 manat ödəyəcəklər. Təyyarə ilə gedənlər üçün isə iki qiymət var. 4 nəfərlik otaqda qalan zəvvarlar 3500, iki nəfərlik otaqda qalanlar isə 5000 manat ödəməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri bildirib ki, ona Səudiyyə Ərəbistanından gələn məktubda deyilir ki, əgər donuz qripi ilə bağlı hər hansı peyvənd tapılarsa, onda zəvvarlara bu peyvəndlərdən göndəriləcək.



Yerləşdirilib:15 İyul, 2009  22:01, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com