Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə iyul ayının 21-də Rusiyanın Moskva şəhərində keriləcək YUNESKO-nun toplantısına dəvət alıb. Bu barədə bu gün keçirilən mətbuat konfransında o, özü məlumat verib.
O bildirib ki, toplantının keçirilməsində əsas məqsəd YUNESKO tərkibində dini məşvərət şurası təsis ediləcək. Həmin şurada müsəlman dünyasının İordaniya, Səudiyyə Ərəbistan və Azərbaycan təmsil edəcək. Dini nümayəndəlikdə dünyada baş verən dini məsələləri diqqət mərkəzində olacaq. Şeyx toplantıda Azərbaycanla yanaşı YUNESKO rəhbərliyi, Vatikan, İsrail, ABŞ, Səudiyyə Ərəbistanının nümayəndələrinin iştirak edəcəyini vurğulayıb. "Azərbaycanın YUNESKO tərkinbində yaradılacaq qrupa daxil edilməsi dünya ictimaiyyətinin Azərbaycanda dini tolerantlığa olan böyük qiymətidir"-deyə Allahşükür Paşazadə əlavə edib.