ABŞ-dakı məktəblərdə Ramazan və Qurban bayramlarında rəsmi tətil elan ediləcək. İslam.az-ın məlumatına görə, ölkədə daha əvvəllər dini bayramlarda məktəblərdə tətil olub. Ancaq bu, müsəlmanların müqəddəs Bayramları olan Ramazan və Qurban bayramlarına şamil edilməyib.
Nyu-yorkda yaşayan türklər bu məsələni gündəmə gətiriblər və səyləri uğurla nəticələnib. Artıq Nyu-yorkda hər iki bayram zamanı məktəblilər istirahət edəcəklər. Gələn ildən bu qərar ölkədəki bütün məktəblərə şamil ediləcək.