Bu gün Xarici İşlər Nazirliyinin binası qarşısında İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd edərkən polis tərəfindən saxlanılan Azərbaycan İslam Partiyasının, Azərbaycan Ziyalılar Birliyinin, Azərbaycan Birlik Partiyasının və Fəzilət Partiyasının üzvləri sərbəst buraxılıblar.
Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin APA-ya verdiyi məlumata görə, aksiya zamanı saxlanılan 19 nəfər izahat alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, bu gün saat 10:30-da adıçəkilən təşkilatların üzvləri Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya keçirməyə cəhd ediblər. Piket hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra dağıdılıb. Aksiya zamanı saxlanılan piket iştirakçıları isə Yasamal rayon Polis İdarəsinin 26-cı və 27-ci polis bölmələrinə aparılıblar.
Saxlanılanlar arasında İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov da olub.