POPULYARXƏBƏRLƏR

Yüksək mənəvi prinsipləri təbliğ edən dini icmalar yeni dəyişikliklərdən qorxmamalıdırlar - R. Aslanova

Azərbaycan Milli Məclisinin (parlament) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova hesab edir ki, "Dini etiqad azadlığı haqqında" Qanuna edilən əlavə və dəyişikliklər din və dövlət münasibətlərinin daha sivil qaydada tənzimlənməsinə xidmət edir.

"Dəyişikliklər bəzilərinin narahatçılığına səbəb olub. Bəzi dini icmalar dəyişiklikləri insan haqlarının pozulması kimi qiymətləndiriblər. Lakin bu, heç də belə deyil. Əgər hər hansı bir təriqət və ya cərəyan yüksək mənəvi prinsipləri təbliğ edirsə, insan mənəviyyatının saflaşmasına xidmət edirsə, onda o icma heç nədən çəkinməməlidir", - Trend News-un məlumatına görə, çərşənbə axşamı İnsan Haqları İnstitutunun təşkil etdiyi "Milli təhlükəsizlik və dini etiqad azadlığı" adlı konfransda Komitə sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın "Dini etiqad azadlığı haqqında" Qanununa əlavə və dəyişikliklər edilib. Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Dini qurum tərəfindən Azərbaycan Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" qanun və digər qanunlar pozulanda, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyət həyata keçiriləndə, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və digər dini ekstrimist əməllərə yönəlmiş hərəkətlər ediləndə, insan şəxsiyyətinə, hüquq və azadlıqlarına qəsd etmə və ya qəsd etməyə təhrik etdikdə və digər qanunsuzluqlara yol verildikdə dini qurumların ləğv edilməsi nəzərdə tutulur.

Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb. 2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü, Sumqayıt şəhərində fəaliyyət göstərən "Kübar" yəhudilər dini icmasıdır.

Aslanovanın sözlərinə görə, bəzi dini icmaların dəyişikliklərdən narahat olması onların fəaliyyətində tamamilə başqa məqamlar olduğunu göstərir. "Onlarda Azərbaycan cəmiyyətində hər hansı bir qarşıdurma yaratmaq, dinlərarası münaqişə yaratmaq və cəmiyyət daxilində münasibətlərdə gərginliyi artırmaq istəkləri olub", - Aslanova deyib.

Deputatın fikrincə, "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişikliklərin məzmun və mahiyyətinin cəmiyyətə düzgün çatdırılmaması hüquqi maarifləndirilmənin aşağı səviyyədə olması ilə bağlıdır. Qanunda xaricdə dini təhsil alan şəxslərin dini ayinləri icra etməsinə məhdudiyyətlərin müəyyən edilməsinə gəlincə, Aslanova bildirib ki, bu, milli təhlükəsizlik məsələsi ilə əlaqədardır. "Azərbaycanın dini fəaliyyətlə məşğul olmaq üçün kifayət qədər kadr potensialı var. İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyət fakultəsi, mədrəsələrin yetişdirdiyi kadrlar bu vəzifələri icra edə bilərlər", - o deyib. //Trend



Yerləşdirilib:24 İyun, 2009  11:25, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com