"Fransada burqaya yer yoxdur". Bunu ölkənin prezidenti Nikola Sarkozi Fransa parlamentində deyib. Fransada geniş mübahisə doğuran bu mövzuya toxunan Sarkozi deyib ki, burqa dini simvol-zad deyil, köləlik simvoludur, qadını alçaltmaqdır. Məlumat üçün deyək ki, burqa eynilə çadradır. Sadəcə olaraq müxtəlif rənglərdə ola bilər.
Sarkozi çadraya bürünməyi paltarla həbsə bənzədib və deyib ki, Fransada qadınların belə dustaq olunması yolverilməzdir.
Sarkozi çadra məsələsini o qədər vacib hesab edir ki, hətta Fransada 200 ildir ki, qorunan ənənəni də pozub. Bu ənənə Fransada prezidentin parlamentə gəlməsini qadağan edir. Sonuncu dəfə parlamentə gələn Napoleon Bonapart olub. O vaxtdan heç bir Fransa lideri Versaldakı saraya gəlməyib.