Məğrib və xiftən namazlarını səs-küylü yerdə qılarkən, yenə qiraəti o qədər uca səslə oxumalıyıq ki, özümüz öz səsimizi eşidək?
Dini ibadətlərin şərtləri normal şəraitə aiddir. Harada qeyri-normal, ekstremal şəraitdən söhbət gedirsə, mütləq qeyd edilir. Namaz zamanı səsin ölçüsü də adi şəraitə uyğun götürülür. Yəni çox səsli-küylü yerdə namaz qılan adam qiraəti normal yerdəki kimi oxumalıdır. Bu zaman onun öz səsini eşidib-eşitməməsi şərt deyil. Əsas odur ki, qiraəti adətə uyğun olaraq normal şəraitdə olduğu kimi oxusun.
İslam.az