İnsan günah işlər barədə düşünsə, amma o işləri görməsə, ona günah yazılarmı?
Allah-təalanın mərhəməti o qədər genişdir ki, insan günah barədə düşünsə, amma o işi etməsə, ona cəza verilməz. Yəni haram fikirlər və niyyətlər də günahdır, amma həyata keçməsə, Allah onları bağışlayar. Lakin bu, heç kimə məsuliyyətsiz şəkildə ardıcıl olaraq günah fikirlərə düşmək bəhanəsi vermir. Günah fikirlər insanın ruhunda öz təsirini qoyur. Çox vaxt insan o qədər günah barədə düşünür ki, axırda dözməyib onu icra edir. Günah düşüncələr, haram arzular insanda həyasızlıq yaradır, belə adam artıq heç kimdən, hətta Allahdan da utanmır. İmam Əli (ə) buyururdu ki, hər kim haram şeylər barədə çox düşünsə, axırda haramlar onu özünə sarı çəkər.
İslam.az