Seyyid Yəhya Bakuvi mərifət əhlindən nəqlən belə buyurub:
“İnsanlar beş şeyə mübtəladırlar. Dinlərinin həlakı da bunlara görədir.
Birincisi, doyana qədər yeməyi sevməkdir; bunda qəlb qatılığı var.
İkincisi, yatmağı sevməkdir; bunda ömrün əksikliyi var.
Üçüncüsü, rahatlığı sevməkdir; bunda əməlin iflası var.
Dördüncüsü, mal-dövləti sevməkdir; bunda uzun hesab və şiddətli əzab var.
Beşincisi, zənginliyi sevməkdir; bunda savabın fövtə verilməsi və əməllərin boşa çıxarılması var”.
[Mehmet Rıhtım, Seyid Yəhya Bakuvi, Bakı 2013, s.163]
