POPULYARXƏBƏRLƏR

Ərəb əsilli şəxsin axtarışı ilə bağlı Azərbaycanın Sumqayıt şəhərində keçirilən əməliyyat

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Sumqayıt şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının Sumqayıtda keçirdikləri birgə əməliyyat nəticəsində Sumqayıtda bir evdə kirayədə yaşayan üç nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, saxlanılanlardan ikisi polisə müqavimətdə təqsirləndirilərək 15 sutkalıq inzibati cəzaya məhkum olunub. Bir nəfərə - Sumqayıt sakini Rafael Rəhimova qarşı isə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, hazırda MTN-in istintaq təcridxanasında saxlanılır. Mənbə bildirib ki, Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı isə hələ də nəticəsiz qalıb.

Onun hazırda Azərbaycanda olub-olmadığı məlum deyil. Məlumata görə, vəhhabi təriqətinə mənsub olan bir qrup şəxs Sumqayıtda kirayə ev tutub. Sumqayıt sakini R. Rəhimov da həmin şəxslərlə birlikdə yaşayırmış. Hazırda axtarışda olan ərəb əsilli şəxs onlara qonaq gəlib. Ərəb əsilli şəxsin tutulması üçün keçirilən əməliyyat zamanı Sumqayıtda əməliyyatçılarla təriqət üzvləri arasında atışma olub. Sözügedən evə baxış zamanı isə oradan partlayıcı maddə tapılıb. Mənbənin sözlərinə görə, sentyabrın 26-da Qusar şəhərində keçirilən əməliyyat da bu işlə əlaqəli olub.

Qeyd edək ki, MTN-in Qusar rayon şöbəsi və rayon Polis Şöbəsi əməkdaşlarının 31 yaşlı rayon sakini Telman Abdullayevin yaxalanması məqsədilə keçirdiyi əməliyyat zamanı həmin şəxs axtarış aparmaq üçün evinə daxil olan Qusar RPŞ-nin baş əməliyyat müvəkkili Qalib Quliyevə və sahə müvəkkili Murad Məlikova "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə hər iki polis əməkdaşı yaralanıb. Sinəsindən yaralanan Q. Quliyev sonradan dünyasını dəyişib. Vəhhabi təriqətinə mənsub olduğu bildirilən T. Abdullayev isə hələ də tutulmayıb. Sentyabrın 30-da MTN Xaçmaz şöbəsi Xudat şəhərində vəhhabi kimi tanınan şəxslərin - Xudat şəhərinin keçmiş imamı Nadir Xosrovoğlunun, AMİP fəalı Şaban Eyvazovun və Qarabağ əlili Vaqif Talıbovun da evində axtarış aparıb. Axtarışlar zamanı külli miqdarda dini ədəbiyyat, bir ədəd tir tüfəngi, bir ədəd xəncər və digər əşyalar aşkarlanıb. Şaban Eyvazov və Vaqif Talıbov polisə aparılsalar da, sonradan sərbəst buraxılıblar.



Yerləşdirilib:18 Oktyabr, 2007  11:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com