Bu gün İtaliyanın paytaxtı Roma şəhərində "Böyük səkkizlik" ölkələrinin din nümayəndələrinin görüşü başlayıb. BBC-nin məlumatına görə, görüş iyul sammiti ilə əlaqədar keçirilir.
Toplantı iştirakçıları demək olar ki, siyasi liderlərin görüşündə müzakirə edilən bütün məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Beynəlxalq institutların və sadə vətəndaşların əlaqələri, dünya iqtisadiyyatının fəaliyyətinin qaydaları, Afrikadakı situasiya, ətraf mühitin çirklənməsi, təhlükəsizliyin təminatı və s.
Dini liderləri sammitinin əsas ideyası dünya siyasəti nümayəndələrinin dialoqunu təmin etmək və dünyanın əsas dini icmaları ilə cəmiyyətin əsas aktual məsələlərini müzakirə etməkdir./ANS PRESS/