Su nəcasətə dəyəndən sonra kənara sıçrasa və adamın bədəninə ya paltarına düşsə, murdar olarmı?
Su nəcasətin üzərinə düşüb, oradan kənara sıçrasa, özü ilə nəcasəti daşımış olacaq və dəydiyi yeri də bulayacaq. Bu halda suyun sıçrayıb dəydiyi yeri pak etmək lazımdır.
Murdarlığa bulaşmış paltarı yuyarkən, əvvəlcə həmin əşya ilə birlikdə adam əlini də yuyub nəcasəti aradan aparmalıdır. Bunu adətən sabun, şampun və sairə ilə edirlər. Bundan sonra həmin əşyanı əldə tutub suya çəkəndə əl də onunla birlikdə pak olur. Əşya tam pak olduqdan sonra əl də pak sayılır.
İslam.az