Qüdsdəki kilsələrdən birində erməni keşişinin meyiti tapılıb. Lent.az-ın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, onun infarktdan öldüyü güman edilir.
Kilsənin "açarçısı" olan Armen Xaçatryanın huşsuz cəsədini iyunun 10-da digər erməni keşişlər tapıblar. Hadisə yerinə çağırılan həkimlər onun öldüyünü qeydə alıblar.