Yağışın altında dəstəmaz almaq olarmı?
Dəstəmazın mühüm şərtlərindən biri budur ki, başa və ayaqlara məsh çəkərkən əlləri yenidən islatmaq olmaz. Məsh çəkilən bədən üzvləri də məshdən qabaq quru olmalıdır. Yağışlı havada dəstəmaz alanda yaxşı olar ki, adam üstü örtülü bir yerdə dursun. Ya da dəstəmaz alarkən başa papaq qoymaq lazımdır ki, sifəti və qolları yuyana kimi baş yağış suyu ilə islanmasın. Ayaqlara məsh çəkməzdən əvvəl isə onların üzünü şalvara sürtməklə qurutmaq olar.
İslam.az