ABŞ-da Amerika Federal Təhqiqatlar Bürosunun (FTB) məscidlərə "juçok", yəni dinləmə qurğuları yerləşdirmək istəyi etirazlara səbəb olub. CNN Türk-ün məlumatına görə, Miçiqan İslami Qurumlar Şurası bir müddət əvvəl Ədliyyə Nazirliyinə müraciət edərək, FTB-nin dini liderlər və birlik üzvlərini izləmək məqsədiylə məscidlərə dinləmə qurğusu yerləşdirmək istədiyini, bunun terrorçular əvəzinə ibadətə gələnləri və din adamlarının təzyiqə məruz qoyması ilə nəticələnəcəyini bildirib.
Müraciətdə bununla camaatın və din adamlarının hədəf alıncağından narahatlıq ifadə edilib. Şura ABŞ Baş prokuroru Erik Holderə də məktub göndərib və bəzi kəslərin məscidlərə gələrək, ibadət edənləri qeyri-rəsmi dindirməsindən şikayət edib.
FTB rəbəri Robert Müller isə "juçok yerləşdirmə" və "dinləmə" əməllərini müdafiə edərək, məscidləri deyil, ayrı-ayrı kəsləri araşdırdıqlarını vurğulayıb.
Xatırladaq ki, Cənubi Kaliforniyadakı məscidlərdən bir neçə ay əvvəl eyni mövzuda şikayət edilmiş, FTB-nin məscidlərə "casus" yerləşdirməyə çalışdığı bildirilmişdi. /ANS PRESS/