ABŞ-da dövlət akkreditasiyası olan ilk İslam kolleci açıla bilər. "Associated Press" agentliyinin verdiyi məlumata görə, bir neçə il ərzində hazırlanan və "müsəlman Corctaunu" adlanan layihə ilə bağlı razılıq əldə olunsa, kollec 2010-cu ilin payızında tələbələrini qəbul edəcək.
Layihəni iki nüfuzlu din xadiminin başçılıq etdiyi bir qrup amerikalı müsəlman hazırlayıb. İmam Zaid Şakir və şeyx Həmzə Yusufun fikrincə, Zaytun kollecində humanitar sahələrdən və İslamdan dərs deyiləcək. Şakir bildirir ki, bu kollecin yaradılması ABŞ-dakı İslam cəmiyyətinin ehtiyacı ilə bağlıdır.