İmam Baqirin (ə) səhabələrindən Əbdurrəhman ibn Əyan İmamdan (ə) belə nəql edir:
“Əziz və cah-cəlal sahibi olan Allah iki cümlədən ibarət olan bir duaya görə, səhrada yaşayan bir şəxsin günahlarını bağışladı: “Ey Allahım! Əgər mənə əzab versən, demək mən buna layiqəm. Əgər məni bağışlasan, sən buna layiqsən (Bağışlamağa layiqsən, Bağışlayan və Mehribansan!)” Allaha dua etdi, Allah da onu bağışlaldı.
(Allahummə in tuəzzibni fəəhlun lizalikə ənə. Və in təğfir li fəəhlunlizalikə əntə.)
(Kafi, c. 4, Qısa dualar bölümü, 8-ci hədis)