POPULYARXƏBƏRLƏR

Kamran Əsədov Şeyxi təhqir etdi

"Allahşükür Paşazadə, Vasim Məmmədəliyev və Rafiq Əliyevin kafir olduğunu sübut edərəm"

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

Təqsirləndirilənlər Edqar Əliyev və Vüqar Əliyev son sözləri olmadıqlarını bildiriblər. İttiham olunan İlkin İsmayılov isə iş üzrə özünü təqsirli bilməyib. O deyib ki, ittiham olunduğu məqamlar üzrə günahı məhkəmədə sübuta yetirilməyib. İ. İsmayılov müsəlman olması ilə fəxr etdiyini də qeyd edib: "Quran doğru yola yönəldən Allahın kitabıdır. Mənim üçün başqa qanun yoxdur. Bütün bunlar isə teatrdır. Mən Allaha ibadət yolundan dönməyəcəyəm. Hər iki ildən bir belə tamaşalar quracaq, məni də bu məsələyə cəlb edəcəksinizsə, indidən ya ömürlük verin, ya da güllələnmə qərarı çıxarın, məsələ bitsin. Kimin terrorçu olduğunu Amerika da yaxşı bilir. İnanın ki, məni heç ABŞ-da bu şəkildə ittiham etməzdilər. Hətta həbsxanadan azad edərdilər". İ. İsmayılov üzünü məhkəmə sədrinə tutaraq ədalətli hökm çıxarılmasını da istəyib.

Təqsirləndirilən Kamran Əsədov isə əməlindən peşman olmadığını diqqətə çatdırıb: "Cihad etdiyim həmin iki həftəni ömrümün ən gözəl anları hesab edirəm". K. Əsədov sön sözündə Azərbaycanın bəzi din xadimlərinin - Allahşükür Paşazadə, Vasim Məmmədəliyev və Rafiq Əliyevin ünvanına kəskin ifadələr işlədib: "Sübut edərəm ki, onların üçü də kafirdir".

İttiham olunanlar Kamran Babayev və Fərid Cabbarov da ittihamla razılaşmadıqlarını deyiblər. K. Babayev əqidəsinə görə saxlandığını deyib: "Bizi ABŞ-ı razı salmaq üçün tutublar. O, məhkəmədən ədalətli qərar gözləmədiyini də qeyd edib.

Proses günün ikinci yarısında digər təqsirləndirilənlərin son sözü ilə davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.



Yerləşdirilib:4 İyun, 2009  14:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com