Zinadan doğulan uşaq böyüyəndən sonra dini hökmlərə əməl etsə və Allahın buyurduğu şəkildə yaşasa, müsəlman sayılarmı? Ata-anasının günahına görə o cavab verəcəkmi?
İslam dininə görə, heç kim başqasının günahına görə cavab verməz. Övlad da ata-ananın səhvinə və günahına görə məsuliyyət daşımaz. Müsəlmanlıq insanın öz əqidə işidir. Zinadan doğulan adam İslamda olduğunu dillə və əməllə sübuta yetirsə, müsəlman sayılar. Sağlığında onunla normal müsəlman kimi davranmaq, öləndən sonra şəriət qaydalarına uyğun şəkildə müsəlman qəbristanlığında dəfn etmək lazımdır. Amma zinadan doğulan adamın bəzi qeyri-vacib əməllərdən imtina etməsi lazımdır. Məsələn, belə adam təqlid edilən müctəhid ola bilməz. Həmçinin, zinadan doğulan adam camaat namazlarına imamlıq etməməlidir, ona iqtida etmək olmaz.