ABŞ-da iri müsəlman xeyriyyə təşkilatı "Holy Land Foundation"-un yaradıcısı, 50 yaşlı Şükrü Əbu Bəkr 65 il müddətinə azadlıqdan məhrum edilib. O, Fələstinin "HƏMAS" hərəkatına yarıdm etməkdə günahkar bilinib.
İstintaq materiallarına görə, Şükrü Əbu Bəkrin rəhbərlik etdiyi fon vasitəsilə "HƏMAS"-a 12 milyon dollar ötürülüb. "Holy Land Foundation"-un işi üzrə çirkli pulların yuyulması və terrorçuluğa dəstək ittihamı ilə Əbu Bəkrin daha dörd əməkdaşının adı hallanır. /ANS PRESS/