"Ey mənim Ağam! Şərəfinə and verib Səndən xahiş edirəm! Pis əməlim və pis rəftarım duamın Sənə çatmasının qarşısını almasın. Gizli sirlərimin başqalarının bilməsinə və bununla rüsvay olmağıma imkan vermə. Xəlvətdə etdiyim pis hərəkətimə və davranışıma görə, həddimi aşmağıma, cahilliyimə, şəhvətimin çoxluğuna və qəflətdə olmağıma davam etdiyimə görə məni cəzalandırmağa tələsmə.
İlahi! İzzət və cəlalına and verirəm, həmişə mənə qarşı rəhmli ol, bütün işlərimdə mənimlə mehriban ol".
Ərəbcə: "Ya seyyidi fəəsəlukə biizzətikə əlla yəhcubə ənkə duai sui əməli və fiali, vəla təfdahni bixafiyyi məttəlatə aleyhi min sirri, vəla tuacilni bil-uqubəti əla ma əmiltuhu fi xaləvati min sui fili və isaəti və dəvami təfritivə cəhaləti və kəsrəti şəhəvati və ğafləti.
Və kunillahummə biizzətikə li fi kullil-əhvali raufa və aləyyə fi cəmiil-umuri atufa!"
(Kumeyl Duası, Məfatihul-Cinan)