Sankt-Peterburqda ikinci möhtəşəm məscidin açılışı yay fəslinin ortalarına planlaşdırılır. Məscidin açılış tədbirinin dəqiq hansı tarixdə baş tutacağı isə hələlik məlum deyil, - İslam.ru xəbər verir.
"Məscidin tikilişi müəyyən maliyyə çətinlikləri ilə əlaqədar olaraq azacıq uzansa da, artıq bu möhtəşəm məscid tam hazırdır", - deyə Sankt-Peterburqun Dini İdarəsindən bildirilib. Şəhərin ikinci məscidində artıq dəftərxana, mühəndis xidməti, santexnika ərazisi və digər lazımi xidmətlər formalaşdırılıb.
Qeyd edək ki, Peterburq şəhərində ilk məscid 1913-cü ildə tikilib və hazırda özündə 3 mindən çox inanclını yerləşdirə bilir. Belə ki, şəhərin müsəlman icması burada təqribən 700 minə qədər müsəlmanın yaşadığını bildirir. Yeni məsciddə isə təqribən minə yaxın insan ibadət edə biləcək. // "Dəyərlər"