POPULYARXƏBƏRLƏR

"İslam aləmində ara qarışdırmaqla, təhrikçiliklə məşğul olan insanlar var" - “Müsəlman Qardaşları” təşkilatının şura üzvü

“Müsəlman Qardaşları” təşkilatının Şura üzvü, təşkilatın Küveyt bölməsinin rəhbəri Şeyx Tarik əl-Suvaydan noyabr ayının əvvəlində “İnterfaks-Azərbaycan” agentliyinin suallarını cavablandırarkən bəyan edib ki, onun təmsil etdiyi təşkilat Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi məsələsində ölkəmizi tamamilə dəstəkləyir. O vurğulayıb ki, “Müsəlman Qardaşları” təşkilatı Azərbaycana lazım olan hər bir köməyi göstərməyə hazırdır. Ermənistan mətbuatı bu məlumatın doğruluğuna şübhə ilə yanaşıb. “İnterfaks-Azərbaycan” agentliyi T.Əl-Suvaydandan geniş müsahibə götürüb və onu oxucuların diqqətinə çatdırır.

- Şeyx Tarik, ötən il “Müsəlman Qardaşları” Misirdə hakimiyyətə gəldilər, lakin bir il sonra onların hakimiyyəti devrildi, prezident Mursi həbs olundu. Bu hadisələrlə bağlı sizin fikrinizi bilmək istərdim.

-“Müsəlman Qardaşları” hərəkatı 1928-ci ildə yaradılıb və təsisçisi Həsən Əl-Bənnanın ideyalarına əsaslanır. Əl-Bənnanın ideyaları “Müsəlman Qardaşları”-nın mövqeyini bildirən kitablarda öz əksini tapıb.

Sizin sualınıza gəlincə, hətta bizə qarşı yönəlsə belə, biz xalqın iradəsini tamamilə dəstəkləyirik. Biz teokratik dövlət qurmaq fikrində deyilik, biz sivil dövlət yaratmaq istəyirik. Hakimiyyətə gəlmiş partiya siyasi baxışlarından asılı olmayaraq xalqın iradəsi əsasında öz doktrinasını yaratmalıdır. Biz demokratiyanı dəstəkləyirik, biz qadınların hüquqlarının müdafiəsi və onların ölkənin siyasi həyatında iştirakının, bir sıra partiyalarda, parlamentlərdə və digər dövlət strukturlarında təmsil olunmalarının tərəfdarıyıq. Təbii ki, biz güc tətbiq edilməsinə qarşıyıq. Lakin zərurət yarandıqda biz müdafiə məqsədi ilə güc tətbiq edirik. Biz hərbi diktaturaya, hərbi rejimlərə qarşıyıq və sözsüz ki, ərəb dünyasında baş verən və “Ərəb baharı” adlandırılan hadisələr buna qarşı yönəlib. Ərəb ölkələrində bir-birinin ardınca baş verən hadisələrin əvvəldən “Müsəlman Qardaşları” təşkilatı ilə heç bir əlaqəsi yox idi. Bu, xalqın iradəsi idi, “İxvanlar” isə sonradan hadisələrə qoşularaq xalqı dəstəklədilər.

“Biz “Müsəlman Qardaşları” liberal və ədalətli islamın tərəfindəyik. Biz “Əl-Qaidə”yə, cihad hərəkatlarına, radikal vəhabilərə, radikal sələfilərə qarşıyıq. Bizim əsas məqsədimiz bu radikal baxışların kökünün kəsilməsi və radikalizmə yönəlməyəcək yeni nəslin yetişdirilməsidir. Bu nəsil ədalətli, liberal və əlbəttə, elmə meylli olmalıdır.

Tunis və Misir xalqları “Ərəb baharı”-ndan sonra səsvermə hüququ əldə etdilər, “Müsəlman Qardaşları”-nı seçdilər, yəni bizim ideyalarımıza, baxışlarımıza səs verdilər və bizi hakimiyyətə gətirdilər. Xalqın bizi (“Müsəlman Qardaşları”-nı - İF-Az) seçməsinin digər səbəbi bizim xalqa səhiyyə, təhsil sahəsində xidmət göstərməmiz, savadsızlıq, yoxsulluqla mübarizə aparmamız oldu. Təşkilatımızın mütərəqqi fəaliyyəti öz bəhrəsini verdi. Təkrar edirəm, bizim fəaliyyətimizin əsasında xalqa xidmət, xalqın iradəsi dayanır.

“Müsəlman Qardaşları”-nın liderləri yaxşı təhsil almış insanlardır. Bu, qərb universitetlərində elmi dərəcələr almış liderlər qrupudur. Biz dünya ölkələri, o cümlədən Qərb ölkələri ilə əlaqələr qurmaq niyyətindəyik. Biz inqilab etmir və digər siyasi aksiyalar keçirmirik. Ancaq əgər xalq ayağa qalxırsa, biz onu dəstəkləyirik.

Bununla əlaqədar olaraq qeyd etmək istəyirəm ki, biz Misirdə hərbi inqilaba qarşıyıq. Bununla yanaşı, biz İsrailin işğal etdiyi Fələstin torpaqlarının azad edilməsi uğrunda mübarizənin önündə gedən “Həmas” hərəkatını dəstəkləyirik. Sözsüz ki, əgər Azərbaycan öz ərazilərini işğaldan azad etmək istəsə, biz onunla olacağıq. Bizim mövqeyimiz Azərbaycanın mövqeyini əks etdirəcək. Qeyd etdiyim kimi, biz işğala və zülmə qarşıyıq. Bu, mənim ümumiləşdirilmiş fikirlərimdir.

-Necə düşünürsünüz, Mursi nə üçün devrildi? Bu rejim kimin maraqlarına cavab vermədi?

- Rejimin xalqın iradəsi ilə devrilməsi problem deyil. Mursi hökumətinin də devrilməsi bu baxımdan istisna deyil, yəni bu da xalqın haqqıdır. Lakin bizim çox böyük problemimiz var – bu, hərbçilərin əli ilə törədilmiş inqilabdır. Bu yolverilməzdir, çünki bu, növbə ilə bütün ərəb ölkələrində hərbi çevrilişlərə yol açır. İstər Mursi olsun, istərsə də bir başqası, önəmli deyil. Mursi barəsində onu deyə bilərəm ki, o, xalqın iradəsi ilə qanuni yolla seçilmişdi.

- Mursinin ABŞ-ın adamı olması barədə fikirlər var. Bu barədə nə deyə bilərsiniz?

- “Müsəlman Qardaşları” xalqın maraqlarını təmsil edən təşkilatdır və istənilən ölkə ilə, ABŞ-dan tutmuş İrana qədər hər bir dövlətlə xalqın maraqları çərçivəsində əməkdaşlıq edə bilər. Bu heç də o demək deyil ki, “Müsəlman Qardaşları” ABŞ-ın maraqlarına xidmət edir və onun quludur. Bu, ağlasığmaz fikirdir. Bizi ABŞ-ın, İranın tərəfdarları olmaqda ittiham edirlər, guya biz İsrailin forpostuyuq və eyni zamanda “Həmas”ın müttəfiqiyik. Bu, doğru deyil.

- Yeri gəlmişkən, İran barədə. Hüsnü Mübarəkin hakimiyyəti dövründə Misirin İranla diplomatik münasibətləri praktiki olaraq sıfır səviyyəsində idi. Misirdə hətta İranın səfirliyi belə yox idi. 2011-ci ildə Misirdə baş vermiş inqilabdan və bu münasibətlərdə yaranmış 30 illik durğunluqdan sonra Qahirə və Tehran arasında diplomatik münasibətlər quruldu və Misirdə İranın səfirliyi açıldı. Sizin təşkilatınız İranla münasibətlərə necə baxır?

- İran yaxın Şərqdə və islam aləmində əsas dövlətdir. Biz ondan təcrid oluna bilmərik, çünki bu ölkə xüsusi çəkyə malikdir. Bununla yanaşı, əgər bizim aramızda hər hansı fikir ayrılığı yaransa belə İran islam aləminin ayrılmaz hissəsidir və onunla əməkdaşlıqda qeyri-adi heç nə yoxdur. Nəhayətdə İsrailin Misirdə səfirliyi ola bilər, İranın yox?

-Fətvalar verərək digər cərəyanların nümayəndələri arasına nifaq salan din xadimlərinə münasibətiniz necədir? Konkret olaraq sünni və şiələri nəzərdə tuturam.

-Təbii ki, islam aləmində ara qarışdırmaqla, təhrikçiliklə məşğul olan insanlar var. Lakin onlar iflasa məhkumdurlar. Şiələrlə sünnilər arasında mövcud fikir ayrılığı başqa məsələdir. Bu, hər zaman olub. Lakin bu cərəyanları bir-birinə qarşı qaldırmaq istəyənlər, dediyim kimi, məhvə məhkumdurlar və bundan heç bir fayda əldə etməyəcəklər.

-Qeyd etdiniz ki, əgər Azərbaycan işğal altındakı torpaqlarını azad etmək istəsə, siz onunla olacaqsınız. “Müsəlman Qardaşları” təşkilatı Azərbaycanı konkret olaraq hansı formada dəstəkləyə bilər?

- Mən hökumət və dövlətlərin adından danışa bilmərəm, onlar özləri öz qərarlarını və mövqelərini bildirirlər. Lakin biz “Müsəlman Qardaşları” istənilən formada dəstək göstərə bilərik. Bu, KİV vasitəsi ilə də ola bilər, dini mövqedən də ola bilər, o cümlədən fətvalarla və dualarımızla da ola bilər. Bundan başqa, əgər Azərbaycan qəbul edərsə, biz maliyyə yardımı da göstərə bilərik. Biz, həmçinin hökumətimizə (Küveyt hökumətinə-İF-Az) də Azərbaycana qarşı münasibətdə ədalətli mövqe tutması üçün müəyyən təzyiq göstərə bilərik.

Bizim Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatımız var. Biz bilirik ki, bu torpaqlar Ermənistan tərəfindən işğal edilib. Bu məsələdə Azərbaycanın ədalətli mövqe tutduğunu xüsusilə qeyd etmək istəyirəm. Ermənistan tutduğu mövqedən könüllü surətdə əl çəkməlidir, əks halda dünya birliyi təzyiq göstərmək yolu ilə Yerevanı buna məcbur etməlidir. Azərbaycan öz haqlı mövqeyindən qətiyyən əl çəkməməlidir. Biz sonuna qədər Azərbaycanın tərəfində olacağıq.

- Əgər sülh danışıqları heç bir nəticə verməsə, Küveyt Qarabağ münaqişəsinin güc yolu ilə həllini qəbul edirmi?

- Biz hesab edirik ki, hər bir ölkənin işğal altında olan torpaqlarını istənilən yolla azad etmək hüququ var. Əgər sülh danışıqları nəticə vermirsə, bu halda Azərbaycanın istənilən imkandan istifadə etməyə, o cümlədən güc tətbiq etməyə ixtiyarı var. Mən bunu “Müsəlman Qardaşları” təşkilatının adından bəyan edirəm. Bu, Küveyt dövlətinin fikri deyil. Biz zülmə, düşmənçiliyə, işğala qarşı çıxış edirik və əminik ki, sülh anlayışı məhz budur. Lakin bununla yanaşı, hesab edirik ki, Fələstin kimi Azərbaycan da işğal altında olan torpaqlarını güc yolu ilə azad etmək hüququna malikdir.

Söhbət etdi: Fərdin İsazadə



Yerləşdirilib:29 Noyabr, 2013  21:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com