POPULYARXƏBƏRLƏR

İranla "altılıq" ölkələri arasında əldə edilən razılaşma Yaxın Şərq problemlərinin həllinə də müsbət təsir edəcək - politoloq

Xəbər verdiyimiz kimi, bütün dünyanın səbirsizliklə nəticəsini gözlədiyi İranla “altılıq” ölkələri arasında gedən nüvə danışıqları tərəflərin razılaşma əldə edilməsi ilə sona çatıb. Danışıqlar bitər-bitməz bir çox aparıcı Avropa ölkələri və ərəb dünyası da bu prosesin nəticəsindən razı qaldıqlarını bildirmiş və bu razılaşmanı alqışlamışlar. İslam.az bu razılaşmanın İrana, Avropaya, regiondakı problemlərin həllinə və dünya iqtisadiyyatına nə kimi təsir göstərəcəyinə dair  suallarla politoloq Zərdüşt Əlizadəyə müraciət edib.

- İranla “altılıq” ölkələri arasında razılaşmanı necə dəyərləndirirsiniz?

- Mən bu məsələyə çox müsbət yanaşıram. Adətən tərəflər arasında dinc yollarla razılaşma tərəflərin qarşılıqlı güzəştləri əsasında olur. Bu, dinc razılaşmaya ən parlaq nümunədir. Bu, mərhələli razılaşmadır. Ola bilsin ki, bu razılaşmanın şərtləri uğurla həyata keçsin və hətta razılaşmanın miqyası daha da dərinləşsin, genişlənsin və İranla Qərb arasında olan ziddiyətlər də yumşalsın.

- Bu razılaşma İran tərəfinə nə verəcək?

- Bu, teokratik üsuli-idarəsinin böyük qələbəsidir. Uzun illərdir İran ətrafında dolanan müharibə təhlükəsi müvəqqəti də olsa sovuşdu. İran müstəqil dövlət kimi dinc məqsədlərlə nüvə proqramını inkişaf etdirmək hüququnun Qərb dövlətləri tərəfindən tanınmasına nail oldu. Cənab Zərifin İrana qayıdarkən xalq tərəfindən böyük coşqu ilə qarşılanması sübüt edir ki, İran xalqı bu razılaşmanı bəyənir.

Uranın zəngiləşdirilməsi məsələsinə gəldikdə, İran dəfələrlə elan edib ki, müstəqil bir dövlət kimi nüvə silahına malik olmağa can atmır. Və dəfələrlə bildirib ki, kütləvi qırğın silahının əldə edilməsi İslam dininə ziddir. Dinc insanların qırılması, qətlə yetirilməsi müsəlmanlar üçün ali məqsəd ola bilməz.

- Bu razılaşmadan Qərbin qazancı nə olacaq?

- Bu məsələdə Qərbdən müxtəlif dövlətlər iştirak edi. ABŞ Barak Obama dövründə belə bir siyasət yürütdü: hegemonluq siyasətindən tamamilə imtina etməyərək, bilavəsitə müharibələrdə iştirakı minimuma endirmək. Elə buna görə də ABŞ İraqdan əsas qoşunlarını çıxartdı, az qismini saxladı. 2014-cü ildən sonra Əfqanıstanda da az sayda qüvvələr saxlayacaqlar. 10.000 nəfər Əfqanıstan kimi böyük ölkə üçün heç nədir. Liviyaya da minimal sayda müdaxilə etdilər, yalnız təyyarələrlə bombaladılar, quru qoşunlarını döyüşə atmadılar. Suriyaya bilavasitə müdaxilə etmədilər, kənar qüvvələrdən istifadə etməklə, başqalarını qabağa verməklə proseslərə təsir göstərdilər. Özü müharibə axtarmır. O ki qaldı İrana, ABŞ komandirləri də, mütəfəkkirləri də, məmurları da dəfələrlə deyiblər ki, İran nə İraq, nə Suriya, nə də Liviyadır. ABŞ yaxşı bilir ki, İranla müharibə başlasa, çox böyük itkilərə məruz qalacaq. Elə buna görə də İslam Respublikası ilə sözügedən razılaşma ABŞ-a və Barak Obama adminstrasiyasına xeyir gətirdi. Bunu bütün Amerika tərəfdarları etiraf edir. Və özləri də deyiblər ki, bu razılaşma yekun razılaşma deyil. Çünki, İran üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, cəza tədbirləri yenidən tətbiq edilə bilər. Qərb İranın yüz milyard dollar miqdarında dondurulmuş aktivlərindən 7-8 milyardını azad edib. Bu da bir qazancdır. Və bundan sonra Avropa İttifaqı sanksiyalardan geri çəkilir, planlaşdırılan yeni sanksiyalar tətbiq edilməyəcək. Bu da İran üçün böyük bir mənfəətdir.

- İsrail və Səudiyyə bu razılaşma bəradə qənaətbəxş bir söz demədilər...

- Avropa İttifaqı kimi böyük bir qurum da İsrailin şıltaqlığından bezib. Yəni, təcavüzkar, başqa xalqa hücum edən, onun torpaqlarını özününküləşdirən, özbaşına məskunlaşan, onları əzən, aparteid siyasəti yürüdən bir dövlət hamını boğaza yığıb. Nə olsun ki, tarixdə nə vaxtsa, bunlara qaşı soyqırım edilib? Olub, hamı da etiraf edib, üzr istənilib, imtiyazlar verilib, başlarına oturdub ərəblərin hesabına torpaq da veriblər. İsrail bu məsələdə razılaşmalıdır və sakitləşməlidir. Amma o isə sakitləşmir və özünü çox azğın aparır. Bu da Avropanı təngə gətirib.

Təbii ki, Fransa kimi bəzi Avropa ölkələri ərəb - İsrail, yəhudi - müsəlman qarşıdurmalarından qazanc əldə edir. Lakin bütövlikdə İranla münasibətlərin normallaşması Avropanın xeyrinədir.

- Razılaşma əldə edilən günün səhəri dünya bazarında neftin qiyməti aşağı düşdü. Sizcə, bu razılaşma dünya iqtisadiyyatına müsbət təsir göstərəcəkmi?

- Bəli. Çünki, İran Avropa iqtisadiyyatı üçün mühüm olan neft, qaz mənbələrdən biridir. Əgər İran nefti sərbəst şəkildə Avropaya gəlsə, neftin və qazın qiyməti bir az da düşər. İran öz nəhəng qaz ehtiyatlarını Avropaya satmağa hazırdır. Avropa ABŞ-a görə İranla münasibətləri kəsmişdi. Münasibətlər yaxşılaşarsa, Avropa İrandan nəhəng mənfəətlər götürə bilər. Odur ki, bu razılaşma bütün tərəflərə xeyirlidir. Rusiyanın da bu məsələdə xeyiri var. Əlbəttə ki, Rusiyanın xarici siyasət konsepsiyasında bu razılaşmanın fikirləri öz əksini tapmışdır. Və razılaşma da Rusiyanın təklifi əsasında həyata keçirilmişdir.

- Bəzi körfəz dövlətləri, o cümlədən Qətər və Bəhreyn İranla “altılıq” ölkələrinin razılaşmasını alqışlayıblar. Hətta bunun regionda baş verən problemlərin həllində müsbət rol oynayacağını bildiriblər. İran həqiqətənmi regiondakı proseslərə təsir etmək qüdrətindədir?

- İran mühüm regional oyunçudur. “Şiə zolağı” deyilən bir yer var müsəlman dünyasında: bura İrand, İraq, Suriya, Livan, Fələstin, Bəhreyn, Yəmənin Havsa vilayəti, Səudiyyənin şərqi daxildir. Bu zolaq İranın təsiri daxilindədir və təbii ki, İranla sünni ərəb dövlətləri arasında münasibətlər yumşalanda bu ölkələrin daxilindəki şiələrlə sünnilər arasında münasibətlər yaxşılaşacaq. Onlar da buna ümid edirlər.



Yerləşdirilib:27 Noyabr, 2013  15:53, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com